Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə118/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   112   113   114   115   116   117   118   119   120
Birinci yol: Şeytanın vəsvəsələrinə etina göstərməyin. O, sizi pis və puç nəsihətlərə dəvət etdikdə, öz fikrinizi başqa məsələlərlə məşğul edin. Məsumdan nəql olunan bir rəvayətdə buyurulur: “Həqiqətən, o xəbis (Şeytan) ona itaət olunmasını istəyir. Əgər ona itaət etməkdən boyun qaçırılsa, sizə tərəf qayıtmaz.”1

İkinci yol: Birinci yolda ən mühüm iş sayılan Şeytanla mübarizə aparmaq budur ki, biz həyatımızda yerinə yetirmək istədiyimiz hər hansı bir işdə və hər hansı bir çətinliklə üzləşdikdə Allahdan, Onun rəhmət və lütf vasitələrindən yardım diləyərək, dua edib, yalvarmaqla Allahın diqqətini özümüzə cəlb edək. Allah-taala bu həqiqəti belə bəyan edir:

--------------Səh. 70.

De: “Əgər sizin duanız olmasa, Rəbbim sizə etina etməz.”1

Şeytanın vəsvəsələrindən nicat tapıb, qəflət yuxusundan oyanmağımız üçün Allah-taaladan sonra Peyğəmbərdən (s) və imamlardan kömək istəməliyik.

Quran ayələrini tilavət etmək və ya eşitmək, yaradılış və bu kimi digər məsələlər barəsində nazil olan ayələr üzərində düşünmək insanın vücudunda hazırlıq ruhiyyəsi yaradır. İlahi cəzb nuru onun sorağına gələrək onu qəflət yuxusundan, xəyallardan və Şeytan vəsvəsələrindən xilas edib, öz həqiqətinə qaytarır. Diqqət yetirin ki, Qurani-kərim hər bir bölümündə insan üçün hidayətlər, xatırlamalar, xəbərdarlıqlar və qorxutmalar qərar vermişdir. Hər kəs səmimi qəlblə Qurandan yapışıb, haqq Allahın kəlamları üzərində düşünsə, bu (ilahi kəlamlar, işarələr və rəmzlər) onun həqiqətə çatmasına gətirib çıxaracaqdır.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin