Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə119/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   112   113   114   115   116   117   118   119   120
Üçüncü yol: Bütün hallarda “qəflət”dən uzaq olub Allahı yad edin. Çünki Şeytan həmişə insanı qaflətə çəkməyə çalışır və bu yolla insanı şəkk-şübhəyə, tərəddüdə düçar edir. Buna görə də, özünüzü (xətalardan) qoruyub saxlamaq əzmində olun. Hər zaman müəyyən bəhanə ilə “qəflət”ə düçar olsanız, dərhal Allahı yad edin, Onun əzabını, nemətlərini və mərhəmətini xatırlayın, Ona pənah aparıb tövbə edin. “Əraf” surəsinin 200-201-ci ayələrində bu həqiqətə işarə ilə buyurulur: Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidən biləndir. Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü mərhəmətini) xatırlayıb düşünərlər dərhal (gözləri açılıb) görən olarlar.”

Doğrudan da, insanı Şeytanın tələsinə və vəsvəsələrinə salan qəflətdir. Onun əlamətlərindən biri də şəkk-şübhəyə, iztiraba və tərəddüdə düçar olmaqdır. Başqa sözlə, haqdan qafil olub, onu unutmağın mənası budur ki, insan öz batinində Allah-taalanı yaddan çıxarıb, Onu yad etməkdən qafil olsun və sərgərdan vəziyyətdə qalaraq, nə edəcəyini bilməsin. Şeytan məhz bu yollarla insanın qəlbinə daxil olub vəsvəsə edir, onu haqq yoldan uzaqlaşdırır. İmam Sadiq (ə) bu həqiqətə işarə ilə buyurmuşdur: “Həqiqətən, qəflət Şeytanın ovlağı, hər bir bəlanın, bədbəxtliyin başlanğıcı və bütün hicabların səbəbidir.”1

Qəflət Şeytan tərəfindən olduğu üçün, qəflət zamanı insanın dostu və ürək yoldaşı da yalnız Şeytandır. İnsanı qəflətə çəkən və Allahı yad etməyi unutduran məhz Şeytandır. Allah-taala Qurani-kərimdə buyurur:

-----------------SƏH. 72.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin