Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


a) Xaliqin məxluqdan uzaqda təsəvvür edilməsi



Yüklə 1,14 Mb.
səhifə16/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   12   13   14   15   16   17   18   19   ...   120
a) Xaliqin məxluqdan uzaqda təsəvvür edilməsi: Allah-taala müxtəlif ayələrdə bu müddəanı rədd edir.4

b) Kainatın idarə olunmasının kiçik tanrıların öhdəsinə qoyulması: Bunun da puç və rədd olması ilə əlaqədar bir neçə ayə nazil olmuşdur.5

8-Müşriklər Allaha şərik qoşarkən əql, dəlil və sübutdan bəhrələnmədikləri kimi, öz müddəalarının isbatı üçün də heç bir dəlil göstərmirlər.6

9-Quran nöqteyi-nəzərindən Allaha şərik qoşmaq ən böyük zülm və haqsızlıqdır; çünki Allaha şərik qoşmaqla ən mühüm haqq və ədalət (tovhidi ədalət) aradan qalxır.

10-Qurani-kərimin bəzi ayələrində müşriklərin kafirlərlə eyni səviyyədə olduqları qeyd edilmişdir.

11-Müşriklərin Allaha şərik qoşmasında mərifətşünaslıqla bağlı amillərdən əlavə, psixoloji amillər var. Həsəd,1 günah,2 eləcə də Allah, peyğəmbər və dinlə düşmənçilik3... buna misal ola bilər.

12-Quran ayələrinə əsasən, “tovhid” yarpaqları və budaqları əxlaq və ibadətdən ibarət pak ağac, “şirk” isə kökü cəhənnəmdə, od yaradan, yarpaqları və budaqları günah olan çirkin bir ağaca bənzəyir. “Şirk” adlı bu çirkin ağac cəhənnəmdən baş qaldırır. Onun meyvəsi pis işlər və rəzil sifətlərdir. Məhz bu səbəbdən deyirlər: Günah edən şəxsin tovhidə və Allahın birliyinə xalis inanması qeyri-mümkün olduğu kimi, Allaha itaət edən şəxsin müşrik olması da mümkün deyildir. Rəvayətlərdə buyurulur: “Mömin şəxs (heç vaxt) zina və oğurluq etməz.”4

13-Quran ayələri baxımından, şirkin xarici nümunələri Allahı yaddan çıxarmağa və namazın tərkinə zəmin yaradır.5 Allaha şərik qoşmaq insanı iztirab və həyəcan girdabına salır.6

14-Bir nöqteyi-nəzərdən Quran ayələrində şirk iki növdür: 1-İtaətdə şirk. 2-İbadətdə şirk. İbadətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına ibadət etməsidir. İtaətdə Allaha şərik qoşmaq insanın Allahdan başqasına – məsələn, Şeytana itaəti, onun əmrlərini icra etməsidir. “Yusif” surəsinin “Onların əksəriyyəti yalnız şərik qoşaraq Allaha inanarlar!”1 – ayəsi itaətdə Allaha şərik qoşmaqdan danışır; yəni bəzi möminlər Allaha Ona qoşduqları şəriklər – bütlər və şeytanlarla birlikdə ibadət edərlər.2



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin