Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn


ALLAHIN VƏSFİNDƏ İŞLƏDİLƏN “ƏLA” (UCA) İFADƏSİ



Yüklə 1,14 Mb.
səhifə51/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   47   48   49   50   51   52   53   54   ...   120

ALLAHIN VƏSFİNDƏ İŞLƏDİLƏN “ƏLA” (UCA) İFADƏSİ


SUAL 18: “Sübhanə Rəbbiyəl-əla” (Mənim uca Allahım pak və müqəddəsdir) cümləsindəki “əla” sözünün mənası nədir?

“Əla” sözü “uluvv” kökündən götürülmüşdür və “ucalıq” mənasını ifadə edir. Allahı uca adı ilə vəsf etdikdə, zəif varlıqları Onunla müqayisə məqsədilə “əla”, “əliyy” və “mütəali” kimi sözlər işlədilir.1

Lakin Allah-taalanın ucalığı zati olduğundan, varlıqlara və məxluqlara Onun lütf və mərhəməti sayəsində üstünlük verildiyindən, məxluqların üstünlüyünü Allah-taalanın üstünlüyü və ucalığı ilə müqayisə edərək “Allah Özünün üstün, uca məxluqlarından üstün və ucadır!” – demək olmaz. Bu müqayisənin məna və məfhumu yoxdur.2

“Əla” (uca) ifadəsi Allah-taalanın Öz məxluqlarının düşüncəsindən üstün və uca olmasını, Onun zatının dərk olunmamasını bəyan edir. (Onun bu məqamını nə fikirdən, nə əqldən, nə xəyaldan keçirmək olar, nə də ilahi övliyalar öz kəşflərilə dərk edə bilərlər.) Qurani-kərimdə buyurulur: “(Rəbbin) Onların keçmişini , gələcəyini bilir. İnsanların elmi isə Onu (Allahın zatını) əhatə edib, qavraya bilməz!”3

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin