Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə6/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   2   3   4   5   6   7   8   9   ...   120

MƏRİFƏT VƏ ALLAHA İNAM


İman, mərifətlə əlaqəli olduğundan Qurani-kərimdə “Allahı tanımaq” məsələsinə ciddi əhəmiyyət verilir, onun maneələri və ona nail olmaq yolları təyin olunur. Mərifətin maneələrinə empirik idrakı,2 kor-korana təqlidləri3 və gümana əsaslanmağı4; Allaha yönəlmə maneələrinə isə ani həvəs və istəkləri,5 insanın öz gələcək rifahı barədə ifrat fikirləşməsini,6 Allah, peyğəmbər və dinlə1 düşmənçiliyi misal göstərmək olar.2

Qurani-kərimdə dini məsələlər, xüsusilə tovhid və məad barədə zənn, şəkk-şübhə, inkar, müsbət və mənfi şəkildə şəhadət kimi ifadələr işlədilmişdir. Burada incə bir nöqtəyə diqqət yetirmək lazımdır: insanları ümumi şəkildə bu qruplara bölüb, (misal üçün) “inkar” ifadəsini yalnız kafirlərə, “şəkk” ifadəsini yalnız müşriklərə, yaxud münafiqlərə, “şəhadət” ifadəsini isə yalnız müsəlmanlara aid etmək olmaz.

Misal üçün: “Qafir” surəsinin 81-ci və “Muminun” surəsinin 99-cu ayələrində “inkar” sözü kafirlər barəsində işlədilsə də, onlar “İbrahim” surəsinin 10-cu və “Səbə” surəsinin 54-cü ayələrində “şəkk və tərəddüd” ifadələri ilə vəsf olunmuşlar. “Qafir” surəsinin 59-cu və “Tövbə” surəsinin 45-ci ayələrində qeyri-möminlərin şəkk-şübhəyə düçar olmaları qeyd olunmuşdur. “Qeyri-möminlər” isə həm münafiqlərə, həm kafirlərə, həm də müşriklərə aid edilir. “Münafiqun” surəsinin 1-ci ayəsində də onların dildə şəhadət vermələrinə işarə olunduğu zaman, elə həmin ayədə onların qəlbən (Peyğəmbəri) inkar etmələri də açıqlanmışdır.

Belə ifadələrin açıqlanması, eləcə də kafirlərin, müşriklərin və münafiqlərin müsəlmanlar və möminlərin Allaha, məada, dini məsələlərə inamları qarşısında mövqelərinin məlum olması üçün Quran ayələrini yanaşı nəzərdən keçirmək daha yaxşı olardı. Lakin mövzunun genişliyini nəzərə alıb, “şəkk”, “zənn” və “yəqin”in mərifət və Allaha tərəf yönəlməklə əlaqədar tərifini və təsirlərini araşdırmaqla kifayətlənirik:



Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin