VARLIQLARIN RUHU
Qeyd etdiyimiz sualın ikinci hissəsilə əlaqədar bir neçə nöqtəni qeyd etmək zəruridir:
1. Ruh həyata, şüura və iradəyə malik olan, məxluq sayılan varlıqlara aid edilir. Şüursuz varlığa, eləcə də Allaha−ruhu Yaradana şamil etmək olmaz. Bu məsələni başa düşdüyümüz kimi təsdiqləyir, həmçinin, öz sözlərimizdə, ruhu diri və şüurlu varlıqlara aid edirik. Beləliklə, bir şəxs ruhu mənalandırarkən, onu maddi olmayan şüurlu məxluqlara aid etsə, səhv etməmişdir.3
2-İsbat olunmuş məsələlərdən biri də budur ki, heyvanlar şüur və iradəyə malikdir. Bu şüur və iradə onların vərdişləri ilə bağlı deyil. Heyvanların bir sıra hərəkət və halətləri göstərir ki, onların şüur və iradəsi vərdişlərində mövcud olanlardan üstündür. Bu həqiqəti Qurani-kərim də təsdiq etmişdir.1
3. Fəlsəfi və əqli sübutlara əsasən, şüur və iradəyə diqqət yetirsək, ruh maddi yox, mücərrəddir. Həqiqətdə, ruhun xüsusi fəaliyyətlərinə görə, onu maddi varlıq hesab etmək olmaz.2 İnsanın ruhunun mücərrədliyi fəlsəfi dəlillər və Quran ayələri ilə isbat olunsa da, bu dəlillərin bəzisi (o cümlədən, iradənin, şüurun və görmə qabiliyyətinin mövcud olması) heyvanların ruhunun da qeyri-maddi və mücərrəd olmasını açıqlayır.
4. Bütün varlıq aləminin Allahın məxluqu olması, Ona aid edilməsinə baxmayaraq, Qurani-kərimdə insanın ruhunun Allahın ruhundan olması ilə əlaqədar xüsusi söz açılmışdır.3 Məhz bu səbəbdən də, bütün varlıqlar arasında yalnız insan Allahın xəlifəsi olmağa layiq görülmüşdür.4 Heyvanların ruhunun Allahın ruhundan olmasına gəldikdə, ayə və rəvayətlərdə bu barədə heç nə deyilməmişdir.
Dostları ilə paylaş: |