2. “(Ya Məhəmməd!) Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allaha təsbih və təqdis edib şəninə tərif dediklərini görmürsən? Onlardan hər biri öz duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!”1
Allah-taala bu ayədə insanlara xəbərdarlıq edərək buyurur: “Bütün məxluqlar öz namazını və təsbihini yaxşı bilir.” Bu incə-nöqtə belə bir həqiqəti göstərir ki, bütün məxluqlar Allahı istəyir və Onu istədiklərini yaxşı bilirlər.
3. “Durrul-mənsur” kitabında həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Həzrət Nuh (ə) vəfat edərkən iki oğluna buyurdu: “Mən sizə Allah-taalaya təsbih və həmd-səna etməyi əmr edirəm. Çünki Allah-taalaya təsbih və həmd-səna etmək hər bir məxluqun namazıdır. Buna görə də, bütün məxluqlara ruzi verilir.”1 Yəni, məxluqlar Allaha təsbih deyib, bu işi davam etdirməklə öz ruzilərini alır və nöqsanlarını aradan qaldırırlar.
4. Yenə də həmin kitabda həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: “Bütün heyvanların, həşəratların, yerin, qarışqaların, bitkilərin, çəyirtkələrin, atların, dəvələrin, bütün canlı və cansızların ömür müddəti onların təsbihlərindədir. Onların (Allaha) təsbihi sona çatdıqda Allah-taala onların canlarını alır. Onların canlarının alınmasının ölüm mələyinə (Əzrailə) heç bir dəxli yoxdur.”2
Bu və digər rəvayətlərdən aydın olur ki, Allaha təsbih etmək öncə dediyimiz kimi, ümumi bir məna kəsb edir, bütün məxluqlara və varlıq aləminə şamil olunur.3
***
Dostları ilə paylaş: |