3-Nəqliüsul: Bu üsulda ayələrə və rəvayətlərə əsaslanaraq nəfsin və ruhun həqiqəti, onun xüsusiyyətləri və dərəcələri açıqlanır. Nəfsə mərifət, özünüdərketmə barəsində öncə qeyd olunan suallara cavab verilir. Bizim nəzərimizcə, bu üsulda varlığın və ruhun Xaliqi, Onun sözlərinin təfsirçiləri, yəni Əhli-beyt (ə) nəfsin həqiqətlərinə agah olduqları üçün, onu (nəfsi) elmi araşdırmalarla tanımaq dəqiq, düzgün və dərin mənalıdır. Bir sözlə, ikinci qisim nəfsi tanımaq Allahı tanımaq üçün bir körpü, şəri və dini göstərişlərə əməl etməklə gerçəkləşən əməli və şəri seyrdir. Həqiqətdə, insanın Allaha həqiqi mənada mərifətinin səbəbi onun öz həqiqətini tanıması və öz əsl mənasına doğru hərəkət etməsidir. Təqva kəsb etmədən bu məqama malik olmaq mümkün deyildir.1