Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə90/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   86   87   88   89   90   91   92   93   ...   120
SUAL 6: Fitri mərifətə diqqətsizlik amilləri nədir?

Əgər fitri olaraq Allahı tanımaq məsələsi ilə əlaqəli ayələrə diqqət yetirsək, bəzilərinin həmişə Allah haqqında fikirləşməmələrinin, bəzilərinin də tamamilə Allahı inkar etmələrinin dəlilini asanlıqla görəcəyik. Quran ayələrinə əsasən, fitri mərifətə diqqətsizliyin maneələri aşağıdakılardan ibarətdir:



1-Unutqanlıq:

--------------Səh. 24.

Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin.”2 Bu və buna bənzər digər ayələrdən başa düşülür ki, kafirlərin ilk baxışda Allaha qarşı mərifəti olmuşdur. Lakin küfr halında Allahı unutmuşlar. Bu unutqanlıq da Allahı danmağa, yaxud Ona etinasızlığa səbəb olmuşdur.

2-Maddi səbəblərə diqqət yetirmək:

--------------

Müşriklər gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) ixlasla Allahı çığararlar. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə (Ona) şərik qoşarlar.”3 Həqiqətdə digər səbəblərdən üz çevirib, onlara ümid bəsləməmək insanın səbəblərin səbəbkarına – Allaha doğru üz tutmasına və insanın daxilində qoyulan fitri mərifətin oyanmasına səbəb olur. Bu və buna bənzər digər ayələrdən açıq-aşkar başa düşülür ki, insanı əhatə edib, onu özünə məşğul edənlərə diqqət yetirmək Allaha olan fitri mərifətə diqqətsizliyin ən əsas amilidir.

3-Rahatlıq və rifah:

------------------

(Müşriklərə) De: “Mənə deyə bilərsinizmi ki, sizə Allahın əzabı gəlsə ya qiyamət başınızın üstünü alsa, Allahdan başqasına dua edib yalvaracaqsınız? Əgər doğru danışan adamlarsınızsa (deyin görək!)”1

Bu ayədə göstərilir ki, insanın fitrəti ölüm vaxtı, qiyamət kimi çətin hadisələrdə oyanar. Demək olar ki, rahatlıq və rifah içərisində yaşamaq fitrətin yatması üçün zəmin yaradır.



4-Şeytanla dostluq:

--------------------

(Şeytan dedi:) Onları hökmən (doğru yoldan) sapdıracaq, uzun-uhadı arzulara, qəm-qüssələrə salacaq, heyvanlarının qulaqlarını kəsməyi Allahın yaratdıqlarını dəyişməyi əmr edəcəyəm!” Allahı atıb Şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.”2

Allahın yaratdıqlarında dəyişiklik etmək fitri hökmdən və fitri olaraq Allahı tanımaqdan uzaqlıq deməkdir.1 Bu da Şeytanla dostluğun nəticəsidir. Əgər bir kəs Şeytanla dostluq etsə, Allahın yaratdığı fitrət dəyişilər, Ona qarşı diqqətsizlik etməsinə, yaxud Onu inkar etməsinə gətirib çıxarar. Diqqət yetirmək lazımdır ki, biz öz əməl və rəftarlarımızla Allah-taalanı uzaq və əlçatmaz yerlərdə axtarırıq. Halbuki O, bizə çox (insanın özünə şah damarından da) yaxındır.

***


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin