Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə92/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   88   89   90   91   92   93   94   95   ...   120
İnsanın öz vücudunda olan xüsusiyyətlər haqqında düşünməsi: İnsanın “özü haqqında düşünməsi”nin birinci qismində qeyd etdik ki, bu qisim insanın öz vücudundakı sifətlər və xüsusiyyətlər barəsində fikirləşməsidir. Bu düşüncə öz mahiyyətimizin sirlərini anlatmaqla yanaşı, bizim Allah-taala, Onun sifətləri və felləri barəsində mərifət və bəsirətimizin çoxalmasına, başqa sözlə, tovhid və onun dərəcələri, varlıq və onun həqiqətləri barəsində agahlığa səbəb olur.

İmam Əmirəl-möminin Əlidən (ə) belə nəql olunmuşdur:

------------SƏH.26

Hər kəs özünü tanısa, şübhəsiz ki, hər bir mərifət və elmin sonuna çatar.”1

Məlum olduğu kimi, insan özü haqqında nə qədər çox fikirləşib şəxsiyyətini mükəmməl dərəcədə tanısa, həqiqətləri də bir o qədər kamil şəkildə tanıyar. Demək, həqiqətləri tanımaq üçün insan mütləq özü haqqında düşünməlidir. Əgər biz öz haqqımızda nə qədər çox fikirləşsək və özümüzü yaxşı tanısaq, varlığın hiqiqətlərinə də mərifətimiz artar və onları yaxşı tanıyarıq. Yox əgər özümüz barədə fikirləşməsək və ondan xəbərsiz olsaq, varlığın həqiqətlərindən də uzaq və xəbərsiz qalarıq.

Belə bir məna imam Əlidən (ə) də nəql olunmuşdur:

----------------SƏH.27.

Hər kəs özünü tanısa, özündən başqasını da yaxşı tanıyar (və özündən başqasına agahlığı çox olar), hər kəs özünü tanımasa, özündən başqasına münasibətdə də nadan olar.”2




Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin