Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə94/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   90   91   92   93   94   95   96   97   ...   120
Müxtəlif təzahürlərdə vahid həqiqət: Öz barəmizdə fikirləşdikdə, açıq-aşkar “Mən” sözü ilə işarə etdiyimiz “özümüz”ü çox deyil, bir həqiqət kimi görürük. Bununla belə, bu bir həqiqəti, yəni özümüzü müxtəlif təsirlərlə müxtəlif təzahürlərdə görürük.

Təzahürlərin hər hansı birinə müraciət etsək, özümüzü aydın şəkildə görəcəyik və ya onu özümüz, özümüzü isə hesab edəcəyik. Özü də onu özümüzün bir hissəmiz yox, əksinə onu özümüzün hamısı və özümüzü də onun hamısı qələmə verəcəyik. “Öz” həqiqətimizin və “mən”in hamısını təzahürlərin hər hansı birində xüsusi varlıq təsiri ilə tapacağıq. Yəni mücərrəd bir həqiqət olan “özümüzü” mücərrəd olan təzahürlərin hər birində görəcəyik.

Bu zaman “özünə” qaydıb, yalnız bir olduğunu görəcəksən. Sonra özünün xarici və daxili qüvvələrinin hər birinə qayıdıb, onlara bir-bir bax. Öz “eşitmə” duyğuna qaydıb, gör ki, eşidən kimdir? Bu libas halına düşən nədir? Onun işi nədir? Bax gör ki, “eşidən” və “eşidən” adını özünə götürən həqiqət kimdir?

Bu zaman görəcəksən ki, bu libası geyən, “eşidən” adı daşıyan və belə bir təzahürdə zühur edən sən özünsən. “Mən” sözü ilə ifadə etdiyin özünü “eşidən”, “eşitmək” işini yerinə yetirən cilvədə təcəlli edən, “eşidəni” özün və özünü “eşidən” görəcəksən. Həm də onun bir hissəsini yox, hamısını!

“Görmə” duyğusuna qayıdıb, görənin kim olduğuna diqqət yetir! Bax gör ki, zahiri görkəm halına düşən kimdir? Bu görkəmdə onun işi nədir? “Görmə” duyğusuna malik olan və “görən” adını özünə götürən hansı həqiqətdir?

Yenə də özünü görəcəksən. O bu təzahürdə zühur etmişdir və “görmə” işini yerinə yetirir. Bununla da, siz “mən” adı daşıyan özünüzü bütün bu daxili və xarici – “eşitmə”, “görmə”, “dadbilmə”, “iybilmə”, “yadda saxlama”, duyğularında, “toxunmaqla dadma” hissində, “əql”, “xəyal” və s. qüvvələrində tapıb görəcək, eləcə də hər hansı bir duyğunun və qüvvənin özünəməxsus varlıq təsirini müşahidə edəcəksən.

Başqa sözlə, məsələn, başqa bir şəxsin söhbətinə qulaq asdığınız zaman öz “eşitmə” duyğunuza diqqət yetirin. Bu zaman açıq-aşkar “mən” həqiqətini daşıyan özünüzü başqa şeylərlə, hətta təkcə qulaqlarla deyil, tam vücudunuzla eşitdiyinizi görəcəksiniz.

Sanki “qulaq” “eşitmə” duyğusu üçün yalnız bir addır. “Eşidən” və “dinləyən” şəxs “mən”dən başqa bir şey deyil və onun təzahürlərindəndir. Eləcə də, həm daxili, həm də digər idrak qüvvələrindən hər hansı birinə müraciət edib, ona diqqət etsəniz, onu da eyni şəkildə görəcəksiniz. Məsələn, “görmə” duyğusunda “mən” həqiqətini gördüyünə “dadbilmə” duyğusunda “mən” həqiqətinin daddığına şahid olacaqsınız.

Bu zaman açıq-aşkar görəcəksiniz ki, bir qüvvə nə qədər işlər yerinə yetirir. Bir həqiqət cilvələrə çevrilir və hər cilvədə digər varlıq təsiri mövcuddur. Belə olan təqdirdə, nə qədər çox düşünsəniz, bir o qədər heyran qalıb, həmin yolla “tovhid” barəsində çoxlu həqiqətlərə nail olacaq, Allahı hər nöqsandan pak biləcək, Onun oxşarı, tayı-bərabəri və bənzəri olduğunu inkar edcəksiniz.

Bu yolla Allahın hər bir çərçivədən nöqsandan, eyb pak olduğunu, Onun zatının, sifətlərinin və fellərinin heç bir oxşarı olmadığını qəbul edərək, aşağıdakı həqiqətləri müəyyən həddə başa düşmək olar:

a) Allahın qeybi zatı təcəlla məqamında adlarda və sifətlərdə zühur edir. Bu məqamda hər bir adın öz hökmü və hər bir sifətin öz təsiri vardır.

b) Allahın və Onun zatının mütləq vəhdəti adların təzahürlərində qorunub-saxlanılır. Adların çoxluğu Onun zatının çoxluğuna səbəb olmur.

v) Bütün adların və sifətlərin həqiqi olan xarici nümunəsi birdir, o da Allahın qeybi zatıdır.

q) Allah-taalanın təcəlla və təzahürlərinin hər birinin öz məqamı vardır.

d) Saliklər və ariflər üçün seyr məqamında bir çox həqiqətlər ardıcıl şəkildə qarşıya çıxır.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin