Jumpxv mc xghpx cvhgcjgc cghrcvhn swhgghn mc {hmhfghn



Yüklə 1,14 Mb.
səhifə97/120
tarix05.01.2022
ölçüsü1,14 Mb.
#111622
1   ...   93   94   95   96   97   98   99   100   ...   120
Əhatə etmək hakim kəsilmək: “Özümüz”ün “bədənə” hakim kəsilməyimiz haqda fikirləşsək, bədənlə müqayisədə öz mənliyimizin və həqiqətimizin əhatəli olduğunu görəcəyik. Bu da bizim təəccüb və heyrətimizin artmasına səbəb olacaq. Bu əhatənin nə keyfiyyətini görəcəyik, nə də onun sirlərlə dolu qatlarını başa düşəcəyik. Bu arada əhatə və hakimliyi görməyimiz kifayətdir. Amma bu çox dərin, çox dəqiq hesab tələb edir.

Bizim özümüzün, yəni “mən” sözü ilə işarə etdiyimiz həqiqətin öz bədənimizə mistik hakim kəsildiyini görəcəyik. Hər vaxt istəsə (bu iradənin həqiqətini də dərk etmirik) hər hansı üzvü hərəkətə gətirər və (öz qüdrəti dairəsində) istədiyini edər.

Siz öz fikrinizi işə salın. Bu zaman görəcəksiniz ki, hər vaxt istəsəniz, əlinizi tərpədəcək, gözünüzlə görəcək və öz iradə çərçivənizdə istədiyinizə əməl edəcəksiniz. Sonra bu hərəkətlərin hər hansı biri barəsində dərindən düşünün. Məsələn, öz əlinizi sabit və hərəkətsiz saxlayıb, sonra tərpətmək istədiyiniz halda, dərindən fikirləşin ki, iradə edib, öz əlinizi tərpətdiyiniz zaman nə baş verir? İradə edən kimdir və onun iradəsi nədir? Onun sizin əlinizlə münasibəti və əlaqəsi necədir? Əlinizlə nə kimi əlaqəsi vardır? Onun keyfiyyəti nədən ibarətdir? Adətən iradə etdikdə nə olur və hansı hadisə baş verir? Nəhayət, bu məsələdə nə kimi sirlər mövcuddur? Bu suallar haqqında düşndükdə, nə başa düşdüyünüzə və nə dərk etdiyinizə diqqət yetirin. Baxın, görün ki, hadisənin dərinliyinə və incəliklərinə vara bilərsiniz, ya yox?

Hər halda bu əhatə və hakimiyyətə nail olacaqsınız. Onun izahında aciz qalıb, incəliklərinə vara bilməsəniz də, eynilə onu görəcəksiniz. Bu əhatə və hakimiyyət barəsində düşünüb, agah olduqdan sonra, həmin bu varlıq aciz, fəqirdir. Bu yolla müəyyən qədər Allahın əhatə və hakimiyyətini, onun nədən ibarət olduğunu başa düşəcəksiniz.

Əgər aciz və fəqir bir məxluq belə bir mistik əhatə və hakimiyyətə malikdirsə, yenilməz qüdrət və qüvvət sahibi olan Allah-taalanın əhatəsi necədir? Qurani-kərimdə buyurulur:

----------------SƏH.36.

(Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılacaqları (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər.Bil ki, Allah hər şeyi əhatə etmişdir!”1

Bu məsələ barəsində də fikirləşin ki, “özünüz”, yəni sizin şəxsiyyətiniz və mənliyiniz haradadır? Bədənin daxilindədir, yoxsa onun xaricindədir? Bəlkə də onlardan üstün olan başqa bir yerdədir?! Sonra Allahı hər bir eyb və nöqsandan, oxşarlıqdan pak bilib, bu həqiqətə diqqət yetirin ki, “O, qarışmadığı halda, hər bir şeyin daxilindədir və ayrı olmadığı halda onlardan xaricdədir.”

Özü səfər edib, orada seyr etmək: Öncə qeyd etdiyimiz kimi, insanın “özü” haqqında düşünməsinin ikinci qismi “özü”nə səfəri, orada seyr etməsidir. Bu Allaha doğru seyrin ən yaxın yollarındandır və xüsusi təfəkkür tərzinə malikdir.

Özünəməxsus keyfiyyət və yola malik xüsusi təfəkkür tərzində seyr edən şəxs hər hansı bir şeydən üz çevirib, öz həqiqətinə qayıdır və onun nurlu həqiqəti təcəlla edir, mərifət və müşahidə yolu üzünə açılır, seyretmə başlanır və sözlərə sığmayan bir hadisə baş verir.

Bu təfəkkür tərzi, yaxud bu səfər istər başlanğıcda, istərsə də, mərhələlərinin tərtib və keyfiyyətində düzgün icra, bəyənilən nəticə üçün tam mənada mükəmməl təlimlər və işarələrlə olmalıdır. Bu işə ciddi yanaşmaq lazımdır. Kamal iddiasında olanlar, azğınlığa düşənlər və haqdan sapanların təlimləri kimi olmamalıdır.

Bu səfərdə insan “özü”nü xüsusi şəkildə seyr edərək müşahidə məqamına nail olur. Məhz bu səbəbdən də yolu ötüb keçmək istəyən şəxsin xüsusi hazırlığı olmalı və ruhi baxımdan lazımi istedadlar kəsb etməlidir.

Beləliklə, əgər Allahın lütf və mərhəməti seyr edən şəxsə şamil olsa, bu “fikir”də müvəffəqiyyətə çatsa, onun üzünə Allaha doğru seyr yolu açılacaqdır. Bundan əlavə, saysız-hesabsız həqiqətlərlə və qəribə sirlərlə üzləşəcəkdir.

Ən yaxın yol insanın “özü”ndədir və onu özündə axtarmalıdır. Başqa sözlə, mütəal Allahın dərgahına çatmaq üçün ən yaxın yol insanın “özü”dür və məqsədinə nail olmaq üçün mütləq “öz” aləmində gəzib, seyr etməlidir. Qurani-kərimdə buyurulur: Ey iman gətirənlər! Nəfslərinizi (özünüzü) unutmayın.”1

Xüsusi məzmundan ibarət olan bu ayədə buyurulur ki, özünüzdən qafil olmayın və məqsədə nail olmaq üçün ən yaxın yolla hərəkət edin.


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin