Jurnalistika standartları


İNTİHARLAR VƏ İNTİHARA CƏHDLƏR



Yüklə 166,9 Kb.
səhifə33/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   29   30   31   32   33   34   35   36   ...   40

İNTİHARLAR VƏ İNTİHARA CƏHDLƏR


Biz, adətən, intihar hallarını işıqlandırmırıq. Bu hallarda istisnaya yol verilir:

1) İctimai şəxsdən söhbət gedirsə;

2) İntihar olayı ictimai önəm daşıdığından xəbər dəyəri qazanırsa;

3) İntihar ictimai və ya iqtisadi çətinliklərin doğurduğu meyllərin bir parçasıdırsa.

Biz intihar və intihara cəhd olaylarını işıqlandırarkən, söz və illüstrasiya seçiminə həssas yanaşırıq.

Materialın qəhrəmanına sayqı göstərdiyimizdən, açıq dramatik təsvirlərdən – məsələn, evin damından özünü atmağa çalışan adamın fotosundan, yaxud birbaşa ölüm anının görüntüsündən qaçırıq.

İntihar edənin doğma və yaxınlarının dərdini anladığımızdan, hətta bütün bədəni görünsə də, ölənin üzünün iri plandakı görüntüsündən yararlanmırıq.

Biz ölən şəxsin ölümqabağı qeydlərini çap etməkdən də qaçırıq. İstisnaya yalnız o halda yol verilir ki, həmin qeydlərdə reportaj üçün çox önəmli məlumat olsun.

Mütləq nəzərə alınmalıdır ki, intihar haqqında reportajlar bu barədə düşünən psixi baxımdan zəif insanları belə addıma sürükləyə bilər. Bu səbəbdən intiharı çox asan, ağrısız, yaxud sanki sığortalı ölüm kimi göstərən görüntü və izahlardan qaçırıq. Biz intihar etməyin hansısa konkret yolunu göstərmirik. Özəlliklə yeniyetmə intiharlarında bu olayın motivlərini müzakirə etmirik (tutalım, ailə problemlərini, uğursuz dostluq və ya sevgi münasibətlərini). Yaxın qohumlar, yaxud istintaq həmin motivlərdən əminliklə danışdığı hallarda istisnaya da yol veririk.

Reportaj üçün mühüm əhəmiyyət daşıyanda, intihar üsuluna dair texniki təfərrüatdan söz açmaq olar. Məsələn, olayın intihar deyil, qətl olduğuna dair şübhələr yarandığı zaman.

Biz özəlliklə tez-tez intihar baş verən yerləri tanıtmırıq (məsələn, hər hansı konkret körpü və ya metro stansiyasını). Dəqiq fakt əsaslarımız yoxdursa, ayrı-ayrı intihar hallarını güman etdiyimiz bir meylə də bağlamırıq.

Biz intiharı təbliğ edən və ya romantikləşdirən internet saytlarının, yaxud sosial şəbəkələrin adını çəkmirik. Yalnız o halda istisnaya yol verilir ki, bu, reportajdan ötrü olmazsa-olmaz sayılsın.



Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin