Jurnalistika standartları


FOTO BANKLARINDAN FOTOŞƏKİLLƏR



Yüklə 166,9 Kb.
səhifə40/40
tarix06.01.2022
ölçüsü166,9 Kb.
#112034
1   ...   32   33   34   35   36   37   38   39   40

FOTO BANKLARINDAN FOTOŞƏKİLLƏR


“Azadlıq/ Azad Avropa Radiosu”, bir qayda olaraq, xəbərlərə foto banklarından (Shutterstock kimi şirkətlərin təqdim etdiyi ümumi mövzulardakı kommersiya fotolarından) şəkil götürməkdən qaçır. Biz sözügedən olayla birbaşa bağlı və öz foto müxbirlərimizin, yaxud müqaviləmiz olan agentliklərin fotoqraflarının çəkdiyi fotolara üstünlük veririk.

Xəbərlə birbaşa bağlı heç bir fotoya əlimiz çatmırsa, foto banklarındakı görüntü və ya rəsmlərdən istifadə edə bilərik. Ancaq materialımızın anlaşılmasını əngəlləyirsə, onlardan da yararlanmırıq.

Foto banklarından götürülən fotoşəkillərin materialın anlaşılmasına necə mane ola biləcəyini açıqlayaq:

Saytın redaktoru bir müddət öncə baş verən ölüm olayının düzüm-tərtibatını aparır. Əlində bu olayla bağlı foto olmadığından, illüstrasiya üçün foto bankından şəkil götürür. Həmin fotoda əlcəkli əldə bıçaq görünür. Oxucu, çox güman, elə düşünəcək ki, şəkildə ölüm aləti təsvir edilib, halbuki reportajda hər hansı silahın tapılmadığı deyilir. Beləliklə, illüstrasiya yalançı məlumat doğura bilər.



Unutmayın: oxucunun həmişə şəkilaltı yazını oxuduğuna, fotonun sırf bəzək funksiyası daşıdığını və həmin şəklin heç bir xəbər dəyəri olmadığını mütləq anladığına arxayın ola bilmərik.



Yüklə 166,9 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin