Kafedra: " İctimai Elimlər" Fənn



Yüklə 480,66 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü480,66 Kb.
#112798
1   2   3   4   5
Xədicə MM

Quraqlıq
Quraqlıq - havanın yüksək hərarətinin və rütubətinin aşağı səviyyəsi zamanı uzun müddətli yağışın yağmaması nəticəsində torpaqda nəmişliyin ehtiyatının azalmasına səbəb olur ki, bu da məhsuldarlığın azalmasına və ya məhv olmasına gətirib çıxarır. Havanın istiliyi, quruluğu buxarlanmanın səviyyəsini yüksəldir (atmosfer quraqlığı əmələ gəlir), torpaqda su ehtiyatı artmadığı şəraitdə su ehtiyatı azalır (torpaq quraqlığı əmələ gəlir.) Tədricən çaylar, göllər, bulaqlar, çeşmələr quruyur və hidroloji quraqlıq yaranır.
Güclü qar

Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Elektron mikroskop alıtında böyüdülmüş qar dənəcikləri. Qar, havanın soyuq olduğunu göstərir. Güclü, küləklə yağan qar nəticəsində yollar buz bağlayır, nəqliyyatın hərəkətini iflic edir. Yollarda tıxaclar yaranır. Komunal, rabitə xidmətlərin işi pozulur, kənd təsərufatının işində çətinliklər əmələ gəlir. Elektrik naqillərinin qırılmasına gətirib çıxarır. Çoxlu sayda təyyarə reysləri təxirə salınır. Çox güclü qar görüntünü məhdudlaşdırır. Ağaclar zədələnir.



Güclü qar çovğunu

Qar çovğunu - güclü külək zamanı çoxlu qarın yağması, qarın yer üzərində külək vasitəsi ilə aparılaraq, yer səthinə çatıb hərəkətsiz qalmasıdır. 24 m/san-dən çox sürətlə hərəkət edir. Çovğun yerüstü, aşağı və ümumi növlərə ayrılır. Yerüstü və aşağı çovğunlar zamanı yeni yağmış qar sovrulur. Ümumi çovğun zamanı isə yerdə olan qar sovrulmaqla eyni zamanda qar yağır. Ağacların kökündən çıxaraq insanların üzərinə aşma təhlükəsi yarandığından, parklar bağlanır, təmir-tikinti işləri dayandırılır. Güclü külək elektrik dirəklərini aşırır, naqilləri sıradan çıxarır, ağacları aşırır. Kəndlərin bəzilərində evlərin dam örtüyünü atır. Dağlıq ərazilərində yerləşən yaşayış məntəqələri isə 10 -25 sm qar yağır. Azərbaycanın şimal bölgəsinə ən çox qar Qubanın Xinalıq kəndi ərazisində yağır. Qarın qalınlığının 22 santimetr olduğu bildirilir. Qusarın Dağliqləzə kəndinin ərazisində isə 15 santimetr qalınlığında qar yağır. Şimal bölgəsində havanın temperaturu 10 dərəcəyə qədər aşağı düşür. Şəki ərazisi də güclü qar yağan ərazi hesab edilir. Bəzi dağlıq hissələrdə qarın hündürlüyü 20 sm-ə çatır. Güclü küləklə müşayiət olunan qar bölgədə bəzi fəsadlara da səbəb olur. Regional elektrik şəbəkəsinin məlumatına görə, güclü külək və əraziyə düşən yağıntı bölgənin bəzi rayonlarında elektrik xəttlərinin qırılmasına səbəb olur.

Güclü buzlaşma, donvurma

Şaxtalı hava - havanın və torpağın temperaturu 0°S-dən aşağı düşən haldır. Buzlaşma - Buza dönmək: 1) bərk üşümək, soyuqdan donmaq dərəcəsinə gəlmək; 2) tamamilə soyumaq. İnsanlar düşünür ki, qış fəslində əsasən texnogen xarakterli baş verə biləcək fövqəladə hallardan qorunmaq lazımdır. Onlar əsasən qaz sobaları və elektrikdən istifadədə təhlükəsizlik qaydalarına riayət etməklə öz işlərini bitmiş hesab edirlər. Lakin unutmaq olmaz ki, texnogen proseslərlə yanaşı təbiətdə baş verə biləcək hər hansı bir fəlakət onların sağlamlığına, həyat və təsərrüfat fəaliyyətlərinə mənfi təsir edə bilər. Qış fəsli olduğundan insanlar soyuq hava şəraitində sırsıra, sallaq buzlar, donma, nəqliyyatda hərəkət və digər təhlükəli vəziyyətlərlə rastlaşırlar. Havanın kəskin soyuması, şaxtanın düşməsi və qar örtüyünün əmələ gəlməsi insanların sağlamlığına mənfi təsir edir, onların şikəst olmasına və hətta ölümünə də səbəb ola bilir. Qış fəslində ənənəvi xəstəliklərdən (soyuqdəymə, qrip) əlavə müxtəlif qış zədələri də geniş yayılır. Onların əksəriyyəti bilavasitə sərt şaxtalarla əlaqədardır. Bu da sırsıra və sallaq buzlar kimi zədə təhlükəsi yaradan faktorların əmələ gəlməsi ilə müşayiət olunur. Bina və evlərin üzərində sallanan buz kütlələri insanlara çox ciddi zərər yetirə bilər, hətta onların ölümünə də səbəb ola bilər.

Bunun qarşısını almaq üçün qış və yaz aylarında müntəzəm olaraq binaların damları vaxtı-vaxtında təmizlənməlidir. Əhali isə evlərin yaxınlığından keçdikdə xüsusən ehtiyatlı olmalı və təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Sallaq buzlar qədər sırsıralar da insanların həyatı üçün çox təhlükəli hesab olunur. Belə ki, sırsıra döyəclənərək bərkimiş və sürüşkən səth və ya buz qatı əmələ gətirməklə qış fəslində baş verən yol-nəqliyyat qəzalarının yaranmasına səbəb olur. Nəzərə alsaq ki, soyuq və şaxtalı havalarda insanların tələsməsi və sürüşkən yerlərdə hərəkət edərkən yararlı olmayan ayaqqabıları geymələri müxtəlif sınıqların, əzələ dartınmalarının və kəllə-beyin travmalarının almaları ehtimalını daha da artırır.

Qarın yağması, külək, temperaturun tez-tez dəyişməsi və yolların buz bağlaması qış zədələnmələrinin artması üçün münbit şərait yaradır. Sallaq buzun başınızın üzərinə düşməsi və ya sırsıraya yıxılaraq başın zədələnməsi beyin silkələnməsinə gətirə bilər. Müxtəlif mexaniki zədələrlə yanaşı qış sizə həm də aşağı temperaturun təsirindən termik zədəni yetirə bilər. Söhbət donmadan gedir. Donma sizə yalnız şaxtalı hava zamanı deyil, həm də temperaturun sıfır dərəcəyə yaxın olduğu halda belə zərər yetirə bilər. Bunun üçün bir neçə amilin olması kifayətdir: rütubətli hava, aşağı temperatur və soyuq külək. Donmaya əsasən ayaq və əl barmaqları, burun, qulaqlar və yanaqlar məruz qalır.







Yüklə 480,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin