Kamil insan Müəllif: Ustad Şəhid Mürtəza Mütəhhəri


İSLAM BAXIMINDAN KAMİL İNSANI TANIMAQ YOLLARI



Yüklə 7,65 Mb.
səhifə3/182
tarix05.01.2022
ölçüsü7,65 Mb.
#70467
1   2   3   4   5   6   7   8   9   ...   182

İSLAM BAXIMINDAN KAMİL İNSANI TANIMAQ YOLLARI


İslam baxımından kamil insanı tanımaq üçün iki yol vardır. Qur᾽an və sünnədə «kamil insan» deyil, «kamil müsəlman» ifadələrinin işlədilməsinə baxmayaraq, biz ilk növbədə Qur᾽anın, sonra isə sünnənin kamil insanı necə vəsf etdiyini araşdırmalıyıq. Hər halda «kamil müsəlman» islamda kamala çatmış, «kamil mö᾽min» isə iman sayəsində təkamülə çatmış insan deməkdir. Biz Qur᾽an və ya sünnənin kamil insanı hansı xüsusiyyətlərlə vəsf edərək tanıtdırdığı və onun üçün hansı cizgilər müəyyənləşdirdiyini öyrənməliyik. Xoşbəxtlikdən bu barədə Qur᾽an və sünnədə kifayət qədər mə᾽lumatlar vardır.

Kamil insanı tanımağın ikinci yolu isə bəyan və vəsf yolu deyildir. Yə᾽ni, biz bu yolda Qur᾽an və sünnənin bu barədəki bəyan və açıqlamalarını araşdırmırıq, özlərini islam və Qur᾽anın istədiyi kimi formalaşdırmalarından arxayın olduğumuz real nümunələrə nəzər salırıq. İslamın buyurduğu kimi, insan heç vaxt xarici aləmdə mövcud olmayan zehni və xəyali varlıq deyildir. Kamil insan, özünün həm yüksək, həm də ən aşağı dərəcələrində xarici aləmdə mövcud olub.

Əziz islam Peyğəmbəri və eləcə də Əli (ə) islamın kamil insan nümunələrindəndir. Əli (ə)-ı tanımaq islamın kamil insanlığını tanımaq deməkdir. Amma yaddan çıxarmaq lazım deyil ki, Əli (ə)-ı zahiri görkəmi, adı, atasının adı və s. zahiri əlamətləri ilə deyil, onun əsil şəxsiyyətini tanımaqla müəyyənləşdirmək olar. Bə᾽zən biz Əli (ə)-ı adının nə olması, kimin oğlu olduğu, atasının adının Əbu Talib, babasının adı Əbdülmüttəlib, anasının adının Fatimə binti Əsəd, Peyğəmbərin qızı Fatimənin əri, Həsən və Hüseynin atası, təvəllüd və vəfat tarixi, apardığı döyüş və müharibələr və bu kimi xüsusiyyətləri ilə tanıyırıq. Bu Əli (ə)-ı 1adi və fərdi xüsusiyyətləri ilə tanımaq deməkdir. Belə ki, əgər biz onun üçün şəxsiyyətini təsdiq edən sənəd vermək istəsək, bu iş üçün lazım olan mə᾽lumatlar bu həddə kifayət edər. Amma Əli (ə)-ı bu həddə tanımaq onun tanınması demək deyildir. Əlini tanımaq onun şəxsiyyətini tanımaq vasitəsiylə mümkündür və əsl tanışlıq məhz budur. Əli (ə)-ın hərtərəfli şəxsiyyətini tanımaqla, islamın həqiqi kamil insan obrazını tanımış oluruq. Kamil insanı söz va ad ilə deyil, əməli şəkildə nə qədər özümüzə imam və başçı seçsək, yolunu davam etdirsək, ona tabe olsaq və özümüzü həmin nümunəyə uyğunlaşdırmağa çalışsaq, bir o qədər onun ardıcılı hesab olunarıq. «Lüm᾽ə» kitabının müəllifi və digər islam alimləri deyiblər ki, «şiə» Əlinin yolunu davam etdirən və bütün rəftar, davranış, əməl, söhbət... və s. işlərində ona tabe olan şəxsdir. Bu, o deməkdir ki, insan söz, ad, eşq və məhəbbətlə şiə olmur. Bəs insan nə ilə şiə olur? Tabeçiliklə! Əli şiəsi o şəxsdir ki, əməldə Əliyə tabedir və əməli surətdə onun yolunu davam etdirir.

İndiyə kimi etdiyimiz söhbətlərdən kamil insanı tanımağın iki yolu və bu barədəki bəhslərin faydası mə᾽lum oldu. Deməli, kamil insan məsələsi təkcə fəlsəfi və elmi bəhs deyildir. Biz islamın nəzərdə tutduğu kamil insanı, Qur᾽an və sünnənin açıqlamaları ilə və bu kitabın formalaşdıraraq yetişdirdiyi insanlar vasitəsilə tanımasaq, bu dinin müəyyənləşdirdiyi yol ilə gedərək həqiqi müsəlman ola bilmərik. Digər tərəfdən də yaşadığımız cəmiyyət islam cəmiyyəti ola bilməz. Buna görə də islamın nəzərdə tutduğu kamil, ali və uca insanı tanımağımız zəruridir.



Yüklə 7,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin