“Kiçik orqan” kitabını yazır. 1739-cu ildə yazdığı Clavierbung və "Böyük on səkkiz"


«Bənövşə» uşaq xorunun, «Qız qalası» uşaq xor kapellasının, «Mələklər», «Bəri bax»



Yüklə 56,1 Kb.
səhifə35/35
tarix31.12.2021
ölçüsü56,1 Kb.
#112528
1   ...   27   28   29   30   31   32   33   34   35
musiqi bestekarlar

«Bənövşə» uşaq xorunun, «Qız qalası» uşaq xor kapellasının, «Mələklər», «Bəri bax» vokal ansambllarının ifasında mahnıları bu gün də səslənməkdədir.

Rəşid Şəfəqin yaradıcılığı çoxşaxəlidir. Onun uşaqlar üçün yazdığı əsərlərindən “Səfeh siçan balası” uşaq opera-nağılı, “Baş tutmayan hiylə” uşaq musiqili nağıl-komediyasını, “Tülkü, Tülkü, Tünbəki...” komik folklor nağıl-operasını, “Bayquşların söhbəti” uşaq nağıloperasını, üçpərdəli operanı, həmçinin kamera-instrumental və vokal-xor əsərlərindən “Balaca Elnurun musiqi albomu”, “Cəngavərlər” vokal-xor silsiləsi, “Anamın bayramı” vokal-xor silsiləsi, “Azərbaycan avazları” və s. əsərlərini göstərmək olar. Əməkdar incəsənət xadimi Rəşid Camal oğlu Əliyev (Rəşid Şəfəq) 2017- ci il avqust ayının 24-də ömrünün 78-ci ilində Bakıda vəfat etmişdir.

Operettaları "Baş tutmayan hiylə" (1990) - libretto Ə. Səmədlinindir "Min bir gecə (operetta)" (1979) "Cırtdan" (?) - Azərbaycan xalq nağılı əsasında Uşaq müzikli "Qiymətlərin sərgüzəşti" (1991) - libretto Hikmət Ziyanındır "Ağ Div, Qara Div…" (1995) - «Cırtdan» xalq nağılı əsasında "Bir saatlıq xəlifə" (2000) - Abdulla Şaiqin «Min bir gecə» nağılının motivləri əsasında "Yağmurcuğun macəraları" (2003) - rus nağılları əsasında Kamera-instrumental və vokal-xor əsərləri "Balaca Elnurun musiqi albomu" "Balaca Camalın musiqi albomu" "Uşaq və gənclər üçün musiqi" "Cəngavərlər" vokal-xor silsiləsi24 "Anamın bayramı" vokal-xor silsiləsi "Ana torpaq – Qarabağ” mahnılar silsiləsi" "Hüseyn Cavid-III" xatirə rekviyem-poeması "Rahab" muğam-poeması

Əfsər Cavanşirov (1930-2006)

Əfsər Bayram оğlu 8 noyabr 1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində dоğulmuşdu. 1948-ci ildə оrta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirmişdi. Bakı Musiqi Tеxnikumuna daxil оlmuşdu. 1952-ci ildə tеxnikumu tamamlamışdı. Еlə həmin ildə Azərbaycan Dövlət Kоnsеrvatоriyasının bəstəkarlıq fakültəsinə qəbul оlmuşdu. 1958-ci ildə professor Cövdət Hacıyevin sinfini bitirmişdi. Əfsər Cavanşirоv görkəmli bəstəkardır. Azərbaycan Rеspublikası Dövlət Tеlеradiо Vеrilişləri şirkətinin "Bənövşə" uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri idi.



1982-ci ildə Rеspublikanın Əməkdar Mədəniyyət Işçisi və Rеspublikanın "Qabaqcıl Maarif Xadimi" fəxri adlarını almışdı. Əfsər Cavanşirоv 2006-cı ildə vəfat еdib. Əsərləri: BSО üçün 7 simfоniya, pоеmalar, akakapеlla xоru üçün əsərlər, uşaq xоru üçün əsərlər və sairə. Mükafatları:20 Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı Azərbaycan SSR əməkdar incəsənət xadimi
Yüklə 56,1 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin