Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


ÖMRÜN QISALIĞI VƏ İNSANDAN ƏBƏDİ QALACAQ YAXŞI VƏ PİS ƏMƏLLƏR



Yüklə 1,68 Mb.
səhifə31/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   117

ÖMRÜN QISALIĞI VƏ İNSANDAN ƏBƏDİ QALACAQ YAXŞI VƏ PİS ƏMƏLLƏR


«Ey Əbuzər! Sizə verilən ömür gecə və gündüzün keçməsi ilə əlaqədar daim azalmaqdadır. Bu ömürdən isə sizin yalnız əməliniz qorunub saxlanılır. Qəfil ölüm gəlib çatdığı zaman yaxşı əməl sahibləri öz xeyirli əməllərinin nəticəsini alarlar. Pis əməl sahiblərinin ələ gətirdikləri isə, ancaq peşmançılıq olar. Hər kəs əkdiyini biçər».

İnsanı iş və fəaliyyətə sövq etdirən, onda ilahi təkliflərə qarşı maraq oyadan məsələlərdən biri də, ömrün keçici olmasına edilən diqqətdir. İstəsək də, istəməsək də alıb-verdiyimiz hər nəfəsdə ömrümüz bir miqdar azalır. Fələyin çarxını öz gərdişindən saxlamaq olmaz. Əli ibni Əbi Talibin (ə) sözləri ilə desək, «İnsanın çəkdiyi hər nəfəs, onun ölümünə qarşı atdığı bir addımdır»1.

Diqqətli olmaq lazımdır ki, ixtiyarımızda olan bu sərmayə əlimizdən çıxmasın. Bu elə bir sərmayədir ki, daim azalıb, solmağa doğru irəliləyir və son nöqtəsi insanın əlindən qurtara bilməyəcəyi ölümdür. Əli (ə) buyurur: «Ölümdən qorxan kəs (bilsin ki,) ondan qurtula bilməyəcək, yaşayıb sağ qalmağı sevən kəs də (bilsin ki,) həmişəlik sağ qalmayacaqdır»2.

Ömrün hədər getməməsi üçün tənha çıxış yolu faydalı müamilədir. Bundan daha yaxşı müamilə nə ola bilər ki, insan ömrünün müqabilində behişti qazansın. Çünki behişt insan ömrünün qiyməti olacaq yeganə sərvətdir. Əli (ə) buyurur: «Hanı elə bir azad insan ki, çeynənilib tüpürülmüş bu artığı (bu dünyanı) dünya əhli üçün saxlasın? Cənnət, sizin canınızın yeganə qiymətidir. Elə isə onu (ömrünüzü) ondan başqa heç nəyə satmayın»3.

Ömrün böyük sərmayəsini Allahın qəzəb atəşi ilə müamilə edənlər necə də ziyankar insanlardır! Ömürlərini batil yolda sərf edənlər, bəlkə də, fikirləşirlər ki, ömür getdikcə onların əməlləri də itib batır. Necə də batil bir xəyal! Düzdür ki, bu həyat keçicidir, əbədi qalan isə axirət həyatıdır. Lakin insanın bu həyatdakı əməlləri əbədi qalacaqdır, çünki əməlin insan ruhu və Allah-təala ilə əlaqəsi vardır. Bizim keçici və fani olan bir zamanda yaşamağımıza baxmayaraq, həm də əbədiyyət aləmi ilə rabitəmiz vardır və əməllərimiz orada əbədi qalır.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin