Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


CƏNNƏT DƏRƏCƏLƏRİNDƏN BƏHRƏLƏNMƏKDƏ CƏNNƏT ƏHLİNİN FƏRQLƏRİ



Yüklə 1,68 Mb.
səhifə48/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   117

CƏNNƏT DƏRƏCƏLƏRİNDƏN BƏHRƏLƏNMƏKDƏ CƏNNƏT ƏHLİNİN FƏRQLƏRİ


Bu cümlələrdə Rəsuləllah (s) cənnətin dərəcələrini xatırladır. Bir çox ayə və rəvayətlərdə cəhənnəmin qatlarına aydın şəkildə işarə edildiyi kimi, cənnətin də müxtəlif dərəcələrə malik olduğu bildirilir. Cənnətin ən aşağı dərəcəsi vacib əməllərinə əməl etmiş şəxslər üçün nəzərdə tutulmuşdur və ən yüksək dərəcəəsi «Rizvan məqamı» olub, Allahın xas övliyaları, ixlas sahibləri üçün təyin edilmişdir. Allah-təala buyurur:

«Allah mömin və möminələri ağacları altından çaylar axan əbədi behiştə daxil edəcəyinə vədə vermişdir. (Orada onlara) Ədn cənnətlərində ‒ gözəl saraylarda yer verərlər. Bütün nemətlərdən daha böyük olan isə budur ki, Allah Öz riza və məmnunluq məqamını onlara əta edər. Həqiqətən, bu, böyük bir nicatdır»2.

Bütün nemətlərdən daha böyük olan Allahın «riza və məmnunluq məqamı» cümləsi barədə rəhmətlik Əllamə Təbatəbai buyurardı: «İlahinin razılıq və rizvanı cənnət nemətlərinin hamısından üstün və məqam baxımından ən yüksəkdə olanıdır. Bu cəhətinə görə də, «rizvan» kəlməsi «qeyri-müəyyən» formada göstərilmişdir ki, onun üçün hansısa bir hədd, dərəcə nəzərdə tutulmur, ya da Allahın razılıq və rizvanı nə qədər az olsa belə, yenə də bütün nemətlərdən böyükdür. Ona görə yox ki, o nemətlər Allahın razılığı ilə vücuda gəlir. Hərçənd, Quranın nəzərindən Allaha həqiqi bəndəlik cənnət tamahı və cəhənnəm qorxusu ilə yox, məhəbbətlə Ona edilən ibadətdir. Aşiq və sevgili üçün ən böyük səadət və nicat odur ki, özünü razı salmaq üçün deyil, məhbubunun razılığını cəlb etməyə çalışsın»1.

Eşq və məhəbbət üzündən olan bəndəlik əksər rəvayətlərdə də göstərildiyi kimi ən üstün bəndəlik olub, maddi bağlılıqlardan ruhunu azad etmiş azadruhlu, saleh insanlara məxsusdur. Buna görə də iddia edə bilərik ki, «Rizvan» məqamı cənnətin ən üstün məqamlarındandır və Allaha ibadətdə xalis olan saleh və hürriyyətli insanlara məxsusdur.

Axirətin dərəcə və mərtəbələri ilə əlaqədar olaraq Allah-təala buyurur:

«Bax gör camaatın bəzisini bəzisindən necə üstün və fəzilətli etmişik. Axirətdə isə (dünyadakından) daha yüksək dərəcə, daha böyük üstünlüklər vardır»2.

Bu ayə insanlar arasındakı fərq və dərəcələrin onların əməl və çalışmaqlarına bağlı olduğunu göstərir. Əməli az olanla əməli çox olan adam heç vaxt bir dərəcədə tutulmur. Bundan başqa, axirətdəki dərəcə və mərtəbə fərqləri dünyadakı kimi onun imkanlarından bəhrələnməkdə deyil. Çünki axirət, dünyadan ağılasığmaz dərəcədə vüsətlidir.

Dünya üstünlüyü onun malından, pulundan, cah-calalından nə dərəcədə bəhrələnməkdədir. Şübhəsiz ki, bu məhdud bir üstünlükdür. Lakin axirətdəki üstünlüyün səbəb və dərəcələri arasındakı fərq, insanların iman və ixlaslarının dərəcəsinə qayıdır. Bu, insan qəlbinin vəziyyətinə aiddir və şübhəsiz, dünyəvi dərəcə fərqləri ilə müqayisəyə gəlməz1.

İşarə edildiyi kimi, Peyğəmbər (s) hədisin bu bölümündə insanlara xatırlatmaq istəyir ki, ancaq və ancaq vacib əməlləri yerinə yetirib, haramdan çəkinməklə kifayətlənməsinlər. Əlbəttə, cənnətin aşağı dərəcəsi ilə razılaşan şəxs, həmin hədlə də kifayətlənə bilər. Lakin bir gün baxıb görəndə ki, dostları ondan yuxarı dərəcədə qərar tutmuşlar, onda həsrət çəkəcəkdir. Bizim də həmin mərtəbəyə çatmağımız üçün bir az istirahətimizdən, gəzib-əylənməyimizdən azaldıb ibadətə daha çox yer verməyimiz lazımdır.

Bunu da deyək ki, istirahət zəruri həddində, öz yerində hökmən olmalıdır və hərdən vacib də olur. Çox vaxt istirahət vacib bir əməli yerinə yetirməkdən ötrü müqəddimə olur. Belə ki, əgər istirahət etməsə, namaz vaxtı yorğun və əzgin görünür, şövqü əldən gedir və ya istirahət etməsə, deyilən dərsi yaxşı qavramır. Sözün canı budur ki, yersiz və həddən ziyadə istirahət, insanın cəhənnəmə düşməsinə səbəb olmasa da, ən azı tərəqqidə insanı digərlərindən geridə qoyur.



Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin