Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


HÜZN VƏ XOFUN MAHİYYƏTİNİN ARAŞDIRILMASI VƏ ALLAHDAN QORXUNUN MƏNASI



Yüklə 1,68 Mb.
səhifə70/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   117

HÜZN VƏ XOFUN MAHİYYƏTİNİN ARAŞDIRILMASI VƏ ALLAHDAN QORXUNUN MƏNASI


Bu bölümə qədər olan bəhslər rəvayətlərdə keçən hüzn və xofa aid idi. İndi isə qarşıya çıxa biləcək bəzi suallar və onlara verilən cavablar ətrafında söhbət açacağıq. Əlbəttə, bu sualların əxlaqi bəhslərə birbaşa aidiyyəti yoxdur.

Belə suallardan biri budur ki, hüzn halının olması yaxşıdır, yoxsa pis? Əgər yaxşıdırsa, niyə bəs Allah öz övliyalarının vəsfində buyurur:

«Onlar üçün (qiyamətdə) nə bir qorxu vardır, nə də hüznlü olarlar». Əgər pisdirsə, niyə Peyğəmbər (s) başqalarını bu iki xisləti özlərində daşımağa rəğbətləndirir və həmçinin buyurur: «Bu iki sifət günahların bağışlanmasına səbəb olur».

Cavabında belə demək olar: Xof və hüzn özü-özlüyündə, onların ikisinin də nəyə aid olduqlarını nəzərə almadan nə yaxşıdırlar, nə də pis. Əvvəl baxıb görməliyik ki, həmin xof və hüzn nədən yaranmışdır və nəyə görədir? Allahdan və Onun əzabından olan qorxu bəyənilir, çünki insanı daha çox Allaha ibadətə, itaətə və günahlardan çəkinməyə sövq etdirir; nəticədə, insana öz vəzifəsinə əməl etməsinə, səadət yolunu tapıb cənnətlik olmasına kömək edir. Bunun qarşısında dünyaya görə qorxub hüznlənmək pislənir və təqdir olunmazdır. Çünki dünyaya meyl göstərib, ona ürək bağlamaq bəyənilmir, xüsusilə də ondan qorxmaq.

Başqa bir sual budur ki, Allahdan qorxmaq nə deməkdir və nə məna daşıyır?

Cavabında deyirik: Allahdan qorxu – insanın özündən qorxması və mürtəkib olduğu əməllərə qayıdır; halbuki Allah-təala rəhmət və mərhəmət mənbəyindən başqa bir şey deyil. Allahdan qorxmaq ona görədir ki, O, şiddətli əzaba düçar edəndir. İnsanın etdiyi hər bir yaxşı və pis əmələ göz yummur; hər bir şeyin haqq-hesabını çəkir.

Qeyd olunması zəruri olan nöqtələrdən biri də budur ki, ümumi bir bölgüdə Allahdan qorxunu üç təbəqəyə bölmək olar:

1. Cəhənnəmdə veriləcək ilahi əzabdan olan qorxu;

Bu təbəqəyə adi insanlar aiddir. Əksər insanlar cəhənnəm və ilahi əzabın qorxusundan öz vəzifələrinə əməl edib günahdan uzaq gəzərlər. Əlbəttə, bunu da deməliyik ki, bu mərtəbə mənəvi təkamülün ilkin pilləsində qərar tutmuş, təzə qədəm götürmüş insanlar üçün olduqca dəyərlidir. Bu qorxu təsirli olduğu surətdə və insanın günahdan uzaqlaşdığı təqdirdə, ilahi əzabdan qurtuluşa və səadətə səbəb olur.

2. Cənnət nemətlərinin itirilməsi üçün keçirilən qorxu;

Bəziləri cənnət nemətlərindən məhrum qalacaqları qorxusu ilə günaha mürtəkib olmur və öz vəzifələrinə əməl edirlər. Həqiqətdə, behiştin tamahı onları Allaha itaət edib, şeytandan uzaqlaşmağa vadar edir. Bu təbəqənin adamları öncəki təbəqənin adamlarından bir mərtəbə yüksəkdədirlər.

3. Allaha yaxın olmaq və Onunla görüşdən məhrum olmaq səbəbi ilə yaranan qorxu.

Bu qorxu ona görədir ki, insan bir növ Allahın ondan üz döndərməsindən, ona etinasız olmasından qorxur və Allahın ona göstərdiyi mehr-məhəbbətin əskilməsindən xoflanır. Sözsüz ki, bu mərtəbə öncəki mərtəbələrin ikisindən də yüksəkdədir və Allah dərgahının aşiqlərinə məxsusudur. Bunlar o kəslərdir ki, səyləri ancaq Allaha qovuşmaq üçündür. Onlar axirət savabı və əzaba diqqət yetirməzlər; həqiqətdə, elə şeyləri dərk edir və elə şeyləri arzulayırlar ki, dəyərləri olduqca yüksəkdir.

Bu təbəqənin daha aydın dərki üçün bir misal çəkmək yerinə düşərdi:

Belə fərz edin ki, biz imam və ya hər hansı möhtərəm bir şəxs tərəfindən qonaqlığa dəvət edilmişik. Hamı da bilir ki, belə bir qonaqlıqda onları yaxşı yeyib-içmək gözləyir. Mümkündür, bir sıra adamlar nigaran olsunlar ki, birdən gecikərlər və o naz-nemət əldən çıxar. Bəziləri də ürəklərində deyirlər: «Bu gün bayramdır, yəqin ki, imam bizə hədiyyə də verər. Onların qorxusu budur ki, birdən gecikərlər, hədiyyə də əldən çıxar. Bu dəstənin səyi birinci dəstədən daha artıqdır. Bu dəstə üçün o qədər də mühüm deyil ki, qonaqlıqda ac qalacaqlar, yoxsa tox; əhəmiyyətli olan odur ki, imam tərəfindən hədiyyə almış olsunlar.

Üçüncü dəstə o adamlardır ki, ancaq imamın ziyarəti onlar üçün əhəmiyyət kəsb edir. İmamı yaxından görüb, ziyarət etməkdən başqa heç bir şey onlar üçün dəyərli deyil. Bu dəstəyə imamın onlara gözucu baxıb təbəssüm etməsi hər şeydən artıqdır.

İnsanların mərifət və səyləri əsasında bir-birinə olan dostluq və əlaqələrinin fərq və mərtəbəsini, eynilə onların Allahdan olan qorxuları arasında da görmək olar.

Rəvayətlərin birində imam Sadiq (ə) Allaha bəndəçiliklə əlaqədar olaraq bu üç mərtəbənin zikrində belə buyurur: «Bir dəstə insanlar qorxu üzündən Allaha ibadət edərlər. Bu dəstənin ibadəti qulların ibadətidir. Başqa bir dəstə savab və veriləcək hədiyyənin tamahı ilə Allaha ibadət edərlər. Bu da muzdurların ibadətidir. Başqa bir dəstə Allaha məhəbbət və bağlılıqları üzündən ibadət edərlər. Bu azad təbiətli insanlara aid olub, ibadətlərin ən üstünü sayılır»1.

Allahdan qorxan adamın qorxusu hərdən cəhənnəmə görə olur. Belə ki, əgər cəhənnəm əzabı onun üstündən götürülsə, artıq heç bir nigarançılığı olmaz. Əlbəttə, bu mərtəbə küfr və imansızlıqla müqayisədə, olduqca dəyərli bir məqamdır. Bu, Allaha, qiyamət və qiyamət günü Allahın günahkar bəndələrə əzab verəcəyinə olan imanın nəticəsidir. Lakin özünü bu mərtəbəyə yetişdirmiş insanın mənəvi kamal yolunda göstərdiyi səyi olduqca azdır. Bu təbəqənin adamları ərbablarının verəcəyi işkəncənin qorxusundan onların əmrlərini yerinə yetirən qullar kimidirlər. Bəziləri Allahdan, behişt nemətləri əllərindən çıxacağı üçün qorxurlar. Hətta əzab olmasa belə, qorxurlar ki, Allahın nemətlərindən məhrum olsunlar. Bu iki dəstənin qabağında elə dəstə də var ki, əgər cənnət və cəhənnəm olmasaydı belə, yenə də Allahın onlara olan məhəbbət və şəfqət nəzərində etinasızlığa düçar ola biləcəklərini düşünəndə, canlarını qorxu bürüyür.

Quranda Allahın kafirlərə etinasızlığı, ən böyük ilahi əzablardan biri kimi qeyd edilir:

«Allah (qəzəblənib) onlarla danışmaz və qiyamət günündə onlara rəhmət baxışları ilə baxmaz»2.

Dərk edən üçün etinasızlıq hər əzabdan daha şiddətlidir. Əgər insan bir müddətdən sonra ata, dost və ya müəlliminin yanına gedib onlar tərəfindən etinasızlıq, diqqətsizlik görərsə, bu dərd ona hər əzabdan daha ağır gələr.

Zehnimizdə belə bir sual da yarana bilər ki, bəs məsum imamlarımız (ə) nə üçün Allahdan qorxurdular? Onlar ki, məsum idilər, cənnətin və cəhənnəmin ixtiyarı, habelə ümmətin şəfaəti onların əlində idi. Belə bir məqamı daşıyan niyə Allahdan qorxmalıdır və bu qorxu onların məsumluq dərəcələri ilə necə uzlaşır?

Qısa cavab budur: İsmət, məsumluq günahı tərk edib haramdan uzaqlaşmaq mənasındadır. İsmət o demək deyil ki, «İlahi rizvan» da məsuma veriləcəkdir. Günah etməyən kəs, sözsüz ki, cəhənnəmə daxil olmayacaqdır, lakin haradan bilək ki, Allahın xüsusi diqqət və qayğısı da onunla olacaqdır. Allahın inayətindən, ilahi rizvandan məhrum qalmaq qorxusu, ilahi əzabın qorxusundan daha yüksəkdir.

Bu sualın həqiqi və müfəssəl cavabı bizim dərkimiz həddində deyil. Çünki biz Əhli-beytin məqamını dərk edə bilmərik. Necə də bilək ki, onlar hansı ruhiyyədə idilər, nə edirdilər və halları necə idi? Əlimizdə olan dəlillərə istinad edərək öz halımızla müqayisədə, qısa olaraq öz dərkimiz həddində onların ruhiyyələrini başa düşürük. Lakin işin həqiqəti bizə məlum deyil və onu olduğu kimi söyləməkdə acizik.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin