Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


QƏNAƏT VƏ SADƏLİYİN SİTAYİŞİ VƏ HƏRİSLİYİN MƏZƏMMƏTİ



Yüklə 1,68 Mb.
səhifə88/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   117

QƏNAƏT VƏ SADƏLİYİN SİTAYİŞİ VƏ HƏRİSLİYİN MƏZƏMMƏTİ


«Ey Əbuzər! Mən Allahdan istəmişəm ki, dostlarımın ruzisini ehtiyacları qədər qərar versin, amma düşmənlərimin mal və övladlarını çox etsin».

İşarə edildiyi kimi, nemətlərin çoxluğu əksər insanların dünyaya ürək bağlamalarına səbəb olur. Onların həddən artıq dünyaya bağlanmalarının qarşısını almaq üçün yaxşı olardı ki, öz ehtiyacları həddində imkanlara malik olub, dünya nemətlərindən ehtiyacları həddində bəhrə götürəydilər. Buna görə də, Peyğəmbər (s) öz dostlarına ürəyi yandığı üçün Allahdan ehtiyacları həddində onların ruzisini yetirməsini rica edirdi. Bundan artığı əgər onları israfa, əyri yollara aparıb çıxaracaqsa, olmaması daha yaxşıdır. Bunun əksinə olaraq, Allahdan düşmənlərinin malının, övladının artmasını xahiş edir. Həqiqətdə, Allah düşmənlərinin sərmayəsinə artım bəxş etmək ilahi bir qayda olub, «istidrac qanunu»dan götürülmüşdür. Yəni Allah-təala kafirlərə o qədər maddi nemət və dünyəvi imkanlardan istifadə fürsəti verər ki, onlar dünyaya qərq olduqları üçün küfr və üsyanları get-gedə artar və nəticədə də onlara veriləcək əzab daha şiddətli, daha artıq olar. Əlavə olaraq, bu yolla onların dünyəvi nigarançılıqları, narahatlıqları da artar. Allah düşmənləri üçün bu dünyada bundan da artıq əzab nə ola bilər ki, dünyanın gözqamaşdırıcı zinətləri arasında qərq olmaqla, Allahın tovfiq və inayəti onların üzərindən götürülür. Gündən-günə küfrün yeni mərhələlərinə qədəm qoyur, quduraraq azğınlaşırlar. Bu barədə Allah-təala buyurur:

«Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!»1.

Başqa bir yerdə buyurur:

«(Ya peyğəmbər!) Münafiqlərin nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah yalnız münafiqlərə əzab vermək, kafir olduqları halda canlarını almaq istəyir»2.

Allah, möminlərin gözlərini dünya sərvətinə dikməməsi və dünya əhlinin həsrətini çəkməməsi üçün buyurur:

«Kafirlərin bəzi zümrələrinə verdiyimizə (fani dünya malına) rəğbət gözü ilə baxma (və ya gözünü dikmə, çünki bunların arxasınca küfr edənləri dəhşətli bir əzab gözləyir), onlar iman gətirmədiklərinə görə, kədərlənmə (yaxud onlara verdiyimiz sərvətə görə qəmgin olma, axirətdə səni daha böyük nemətlər gözləyir). Möminləri qanadın altına al (iman gətirənlərə qarşı təvazö`kar olub, yumşaq davran və onları himayə et»1.

Əli (ə), ondan «xeyir»in mənası haqqında soruşana belə cavab verir: «Xeyir və yaxşılıq o demək deyil ki, malın və övladın artıb çoxalsın. Xeyir və yaxşılıq odur ki, sənin elmin artsın, səbrin və helmin qüvvət tapsın. Xalqın gözündə ibadətinlə yüksəlməyə çalış».

Əgər yaxşı rəftar etdinsə, (bunun üçün) Allahına şükr et, yox əgər, pis rəftar etdinsə, Allahdan bağışlanmağını dilə. Dünyada yaxşılıq iki kəsin xüsusiyyətidir:

1. Etdiyi günahı tövbə etməklə yuyan şəxs;

2. Yaxşı işlərdə qabağa düşən, öncül şəxs.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin