Kitabın adı: Axirət azuqəsi Müəllif: Doktor Misbah Yəzdi


DÜNYAYA ETİNASIZLIĞIN SİTAYİŞİ



Yüklə 1,68 Mb.
səhifə89/117
tarix06.01.2022
ölçüsü1,68 Mb.
#112036
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   117

DÜNYAYA ETİNASIZLIĞIN SİTAYİŞİ


Hədisin davamında Peyğəmbər (s) buyurur:

«Ey Əbuzər! Xoş dünyada zahid olanların halına! Xoş axirətə ürək bağlayanların halına ki, Allahın yerini genişləndirir, torpağını özlərinə xalı və suyunu ətir qərar vermişlər. Batinlərini Allahın kitabı ilə bəzəyib, zahirlərini duaları ilə örtmüşlər. Dünyadan qırılıb üz döndərmişlər».

Xoş o kəslərin halına ki, dünyaya rəğbətləri yoxdur və ancaq axirət barəsində düşünürlər. Çünki onlar dünya həqiqətlərini tanımış və həqiqi dəyərin harada olduğunu bilirlər. Onlar torpaq üzərində, yerdə oturmağa razı olarlar. Onlar üçün torpaqla qiymətli xalıların dəyəri birdir. Lakin dünyaya ürək bağlayan bizlər yerdə, torpaq üzərində oturmağı özümüzə sığışdırmırıq. Qorxuruq, birdən camaat bizə baxıb ağız büzər, biz də xəcalət çəkərik. Çalışıb özümüzdə bu ruhiyyəni yaratmalıyıq ki, torpaq üzərində oturmaqla, xalça üzərində oturmaq bizim üçün də bir olsun. Əgər bir gün bir nəfər fəqirin yanında təvazö`karcasına yerdə oturaraq onun ürəyini ələ almaq vəzifəsi öhdəmizə düşsə, utanıb xəcalət çəkməməliyik.

Zahidlər üçün özlərini qiymətli ətirlərlə ətirləndirmək heç də lazım deyil. Onlar üçün yerdə axan su ilə də özlərini paklayıb ətirləndirmək yetər. Onların Allahla rabitəsi o qədər güclüdür ki, Quran oxuduqları zaman Allahın onlarla danışdığını hiss edər və ya dua etdiklərində sanki Allahla həmsöhbət olarlar. İnsanların içindədirlər və üzləri onlara tərəfdir, ancaq ürəkləri başqa yerdədir. Dünyadan gördükləri bəhrə budur ki, onu arxada qoyarlar və kağız kimi büküb atarlar. Dünya keçici və fani olduğu üçün Allaha və əbədi qalacaq şeylərə nəzər salarlar.

Dəfələrlə deyilmişdir ki, tərbiyəvi xarakter daşıyan bu bəyanlar ona görə deyil ki, birdəfəlik dünya nemətlərini bir kənara qoyaq və ya bu mənada deyil ki, ixtiyarında dünya nemətləri olan insanlar pis adamlardır. Bütün bu bəyanlar ona görədir ki, dünyaya olan bağlılığımız azalsın və vəzifəmizin bizdən nəyi tələb etdiyinə diqqət edə bilək. Əgər vəzifəmiz yaxşı paltar geyməyi, yaxşı maşına minməyi və bu kimi şeyləri tələb edirsə, vəzifə və Allahın tələbi olduğu üçün həmin işi də görməliyik. Lakin bu nemətlərin sorağına öz istəyimizlə gedəcəyiksə, çox qorxulu bir yola qədəm qoymuş olarıq. İstər-istəməz Allahın razı olmadığı işlərə sürüklənərik. Çünki ürəyin istəyi ilə Allahın istəyi bir yerə sığmır. Ürəyin və həvayi-nəfsin yolu, Allahın yolundan ayrıdır və heç vaxt bir-birinə yaxınlaşmırlar:

«(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan öncə, gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola gətirə bilər? Məgər düşünüb ibrət almırsınız?»1.

Deməli, bu bəyanlar dünya məhəbbətinin insanların qəlbində azalması üçündür. Torpaq üzərində əyləşməyin bəyənilməsi və qiymətli xalçaların, dekorun, cah-cəlallı həyatın fikrində olmamaq deyəndə, bu o demək deyil ki, özümüzü əzab-əziyyətə salaq və Allahın nemətlərindən bəhrələnməyək. Sufiliklə məşğul olan bir şəxs imam Sadiqə (ə) ərz etdi: «Bu xəz libası niyə geyinmisiniz? Məgər siz Əlinin (ə) övladı deyilsiniz?» Həzrət (ə) buyurdu: «Əlinin (ə) zamanında xalq kasıb dolanırdı, buna görə də, İmamın müsəlmanlara nisbətən daha sadə yaşaması lazım idi ki, xalq öz kasıbçılığından narahat olmasın. Lakin camaatın yaşayış səviyyəsi yuxarı qalxarsa, salehlərin bu nemətlərdən istifadə etməyə daha artıq ləyaqətləri çatar».

Şərait tələb edərsə, müsəlmanlar sənətdə inkişaf və həyat tərzində yeniliyin ardınca getməlidirlər. Tələb olunan yerdə müsəlman kafirlərdən gözəl geyinməli, ondan da yaxşı maşına minməlidir. Əgər müsəlmanlar zamanın ehtiyaclarından doğan, cəmiyyətlərinin tələb etdiyi, ehtiyacı olduğu sənayenin, texnologiyanın inkişafı, tərəqqisi haqqında düşünməsələr, əlacsız əllərini kafirlərə uzatmalıdırlar və bu, onların zillətinə, başıaşağı olmasına gətirib çıxaracaqdır.

İctimai baxımdan İslam cəmiyyəti əgər ən aşağı qənaət həddində yaşamaq istəsə, yalnız ibtidai sənət növündən istifadə etmək istəsə, ibtidai minik və silahla təchiz olunsa, bir sözlə, bu fikirlə sadə və qənaətcil cəmiyyətə sahib olmaq istəsə, yaradıcılığa və ixtiraya məhəl qoymasa, çox yəqin ki, kafirlərin əli altında olacaqdır. Belə cəmiyyət xar, zəlil və ona-buna ehtiyaclı olacaqdır. Allah-təala ilahi cəmiyyətin kafirlərin əlində əsir-yesir olmasını istəmir. Qur`ani-kərimdə bu barədə buyurulur:

«…Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz»1.

İzzətli olan ancaq Odur və bu izzəti Rəsulu və möminlər üçün bilir:

«…Halbuki şərəf-şan da, qüvvət və qələbə də yalnız Allaha, Onun Peyğəmbərinə (s) və möminlərə məxsusdur, lakin münafiqlər (bunu) bilməzlər»2.

Sənətdə, texnologiyada geriliyin istismara, yad mədəniyyətlərin həmin ölkəyə təcavüzünə səbəb olduğunu nəzərə alaraq, İslam ümmətinin tərəqqisi üçün çalışmaq hər bir müsəlmanın ilahi vəzifəsidir. Bu vəzifədən heç bir bəhanə ilə boyun qaçırmaq olmaz. İslam Peyğəmbəri (s) və imamlarımız (ə) tərəfindən müsəlmanların elmə və sənətə yiyələnməkləri barədə çoxsaylı buyuruqları da dediklərimizə şəhadət verir. Rəsuləllah (s) buyurur:

«Elmin ardınca gedin, hətta o, Çində də olsa».

Yəni İslam cəmiyyətinin ehtiyac duyduğu bütün elmləri öyrənin. Bu bölümün sonunda Həzrət (s) buyurur:

«Ey Əbuzər! Axirətin məhsulu yaxşı əməllər, dünyanın məhsulu isə mal və övladdır».

Axirət istəyən kəs saleh əməllərin ardınca getsin, dünyanı istəyən kəs mal-dövlət toplasın.


Yüklə 1,68 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin