Kompüter avadanlıqlarının profilaktikası və texniki təmiri



Yüklə 174,82 Kb.
səhifə32/53
tarix01.01.2022
ölçüsü174,82 Kb.
#103047
1   ...   28   29   30   31   32   33   34   35   ...   53
WI-FI birləşmə
Son zamanlar İnternetə simsiz daxil olma, qoşulma texnologiyaları sürətlə inkişaf edir. Onların əsas üstünlükləri, fəaliyyət göstərən infrastruktura qoşulmanın sadə olmasıdır (müştəriyə rabitənin fiziki xəttinin çəkilməsi lazım deyil). Onların əsas çatışmamazlığı isə birləşmənin kənar şəxslərin qoşulmalarından müdafiəsinə xüsusi tədbirlərin lazım olmasıdır.

WI-FI (Wireless Fidelity) texnologiya radiokanal üzrə verilənlərin simsiz ötürülməsi standartlarının ailəsinə əsaslanır. WI-FI radiokanalının işçi tezliyi 2,4 Qhs-dir. Onun mənzildə, binada fəaliyyət radiusu 30-40 m və açıq yerdə isə 100 m-ə qədərdir. Burada birləşmənin məhsuldarlığı konkret standartla müəyyən olunur.



WI-FI texnologiyanın əsas üstünlüyü onun asan əlçatan olmasıdır. WI-FI-ın sadə qoşulma imkanları olan daxil olma nöqtələri, insanların kütləvi olduqları yerlərdə geniş yayılmışdır. Məsələn, mehmanxanalarda, kitabxanalarda, kafelərdə, barlarda, vağzallarda və stansiyalarda. Kiçik ofislər üçün və şəxsi ev təsərrüfatında əsas üstünlük qənaətçiliyi və qoşulmanın rahatlığıdır.

WI-FI simsiz birləşmənin əsas çatışmamazlığı birləşmənin radiusunun az olmasıdır və kənar şəxslərin qoşulmasından yaranan birləşmənin müdafiəsi üçün şəbəkə təhlükəsizliyini təmin etməyin lazım olmasıdır.



GPRS birləşməsi
GPRS GSM mobil telefon şəbəkəsində verilənlərin paket şəklində ötürülməsi texnologiyasıdır. GPRS- birləşməni quraşdırdıqda mobil rabitə operatoru müştərinin radiotelefonuna daimi və ya müvəqqəti İP ünvan ayırır.

GPRS-birləşmənin nəzəri məhsuldarlığı təxminən 170 Kbit/s təşkil edir. Lakin praktikada məhsuldarlıq həm şəbəkənin cari zamanda yüklənməsindən asılıdır, həm də operatorun iş siyasətindən asılıdır. Əksər hallarda mobil rabitə operatorları verilənlərin trafikindən çox əsli, danışıq trafikinə üstünlük verirlər. Ona görə də birləşmənin effektiv məhsuldarlığı adətən 40-50 Kbit/s təşkil edir.

QPRS texnologiyanın əsas çatışmamazlıqları bunlardır:


  • Birləşmənin zəif ötürücülük imkanı

  • Etibarlığın az olması

  • Daxil olma imkanının az olması

Lakin daxil olma imkanı bu texnologiyanın əsas xarakteristikasıdır. İnternetə GPRS qoşulmanı o yerdə istifadə etmək olar ki, harada ki, rabitənin heç bir stasionar infrastrukturu yoxdur: məsələn, kənd yerlərində, istirahət yerlərində, yeni tikilən yerlərdə və həmçinin hərəkətdə olan nəqliyyatda.

GSM-rabitə texnologiyası daimi inkişaf edir, ona görə də İnternetə daxil olmaq üçün sot şəbəkələrinin vasitələrindən istifadə etmək istəyən müştərilərə təkcə GPRS deyil, daha müasir sürətli və etibarlı texnologiyalar təklif olunur. Xüsusi halda, GSM-şəbəkələrinin üçüncü növü olan 3G-şəbəkələrinin təklif etdiyi xidmətlərdən gedir. Belə şəbəkələrdə verilənlərin ötürülməsi sürəti saniyədə bir neçə meqabayta çata bilər.




Yüklə 174,82 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin