Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti


§13.5. İnternetdə axtarış sistemləri. Sosial şəbəkələr



Yüklə 1,2 Mb.
səhifə61/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   57   58   59   60   61   62   63   64   65
Kompüter Texnologiyaları

§13.5. İnternetdə axtarış sistemləri. Sosial şəbəkələr




Axtarış sistemi (ing. Search Engine), informasiya axtarışı üçün nəzərdə tutulan avtomatlaşdırılmış kompüter sistemidir. Axtarış sistemlərinin 3 əsas komponenti var:

    1. agent – şəbəkə üzərində hərəkət edərək informasiyaları toplayır;

    2. istinadların verilənlər bazası – agentlər tərəfindən təqdim olunan bütün informasiyaları əks edə biləcək istinadları özündə saxlayır;

    3. axtarış mexanizmi – insanların verilənlər bazası ilə qarşılıqlı anlaşmasını əks etdirmək üçün lazım olan istifadəçi interfeysidir.

Axtarış zamanı verilən sorğuların iki növü vardır:

  1. sadə mürəkkəb – bu sorğularda ayrı-ayrı açar sözlərdən və ya söz birləşmələrindən istifadə olunur;

  2. genişləndirilmiş (advanced) – bu sorğular isə məntiqi şərtləri ödəyən operatorlar (and, or və s.) üzərində qurulur.

Axtarış sistemlərinin əsas xarakteristikaları aşağıdakılardır:
    • Tamlıq;


    • Dəqiqlik;
    • Aktuallıq;


    • Arama sürəti;
    • Əyanilik.


Axtarış sistemlərinin əsas anlayışları aşağıdakılardır:

    • İndeksləşdirmə – sənəddə istifadə olunan açar sözlər, xülasələr, domenlərin yerləşmə ünvanlarından ibarət verilənlər bazasının avtomatik şəkildə yaradılması prosedurudur.

    • Relevantlıq (latınca relevo sözündəndir, sadələşdirmək, asanlaşdırmaq, qaldırmaq anlamını verir) dedikdə informasiya axtarışında axtarış sorğusunun semantik uyğunluğu və sənədin axtarış nümunəsi kimi başa düşülür. Ümumi mənada isə “relevantlıq” “adekvatlıq” kimi, yəni uyğunluq dərəcəsinin qiymətləndirilməsi, nəticənin praktiki tətbiq edilmə dərəcəsi, həmçinin məsələnin qəbul edilməsinin sosial dərəcəsi kimi qəbul edilir.

İnternetdə məlumatların axtarışı üçün ən çox istifadə olunan sistemlər bunlardır: Altavista, Google, Yahoo, Yandex, Rambler, Bing, Baidu, Ask, Archie və s. Archie ilk axtarış saytı olmuşdur.
Axtarış sistemləri ilə daha səmərəli istifadə imkanı üçün aşağıdakı cədvələ baxaq:




Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin