Kompüter Texnologiyaları İnformatika fundamental elm kimi, onun tarixi və predmeti


Elastik maqnit disklərində yaddaş (disket)



Yüklə 1,2 Mb.
səhifə9/65
tarix20.07.2022
ölçüsü1,2 Mb.
#117423
1   ...   5   6   7   8   9   10   11   12   ...   65
Kompüter Texnologiyaları

Elastik maqnit disklərində yaddaş (disket) – Disketlər fərdi kompüterlərdə ilk istifadə olunan sabit yaddaşlardan biri olmuşdur. Ölçülərinə görə bir-birindən fərqlənən (8, 5.25, 3.5 və s.) bu yaddaş qurğuları həm sürət baxımından, həm də yaddaş baxımından aşağı olduğu üçün hal- hazırda demək olar ki, istifadə olunmur. “3.5” ölçülü yüksək sıxlıqlı (HD) disketlərin həcmləri 1.44 MB-a bərabərdir. Bu disketləri oxumaq üçün FDD (Floppy Disc Drive) qurğusundan istifadə
olunur (Şəkil 2.27.).

Optik maqnit disklərində yaddaş. Hal-hazırda fəal olaraq istifadə olunan bu yaddaş növündə həm əməliyyat sistemləri və proqramları, həm də digər oyunlar və multimedia vasitələri satışa buraxılır. Əgər sərt diskdə məlumatlar oxuma yazma başlığı vasitəsilə oxunursa, burada məlumatı oxumaq üçün lazer başlıqdan istifadə olunur.
CD-R (Compact Disk-Recordable) yazılabilən CD standartıdır. Boş olaraq satılırlar.
Üzərinə bir dəfə yazmaq olar. Yazılan məlumatlar üzərində dəyişiklik aparıla bilməz.
CD-RW (Compact Disk-ReWritable) – CD-R standartının üzərinə dəfələrlə yazıla bilən formasıdır (Şəkil 2.28.). İçərisindəki məlumatları dəyişdirmək mümkündür.
CD disklərinin həcmləri 650 MB-702 MB aralığında dəyişir. Bu diskləri oxumaq üçün

əvvəllər CD ROM (Compact Disc Read Only Memory) qurğusundan istifadə olunurdu. Bu qurğu diskdəki məlumatları sadəcə oxuya bilirdi. Blue Ray texnologiyası ilə hazırlanmış disklərin (BD-ROM, BD-R, BD-RW) həcmləri isə 25 GB-200Gb aralığında dəyişir.


Bütün bunlardan başqa DVD disklərinin aşağıdakı növləri də vardır:

  • DVD-Video filmlərin saxlanılması üçündür;

  • DVD-Audio musiqilərin yüksək keyfiyyətdə saxlanması üçündür;

  • DVD-Data istənilən veriləni saxlamaq üçün;

  • DVD-ROM ijeksiyon tökmə üsulu ilə hazırlanmış disk;

  • DVD+R/RW bir dəfə yazıla bilən və təkrar yazıla bilən;

  • DVD-R/RW bir dəfə yazıla bilən və bütün yazının silinməsindən sonra təkrar yazıla bilən;

  • DVD-RAM təkrar yazıla bilən disklər.


  • Yüklə 1,2 Mb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin