07.09.2012.
Ermənistan internet informasiya saytları cümə axşamı DDoS hücumlarına məruz qalıb. Bu məlumatı IT təhlükəsizliyi eksperti kimi təqdim olunan və Kornelij təxəllüsü altında tanınan bloqer Samvel Martirosyan verib.
Çox güman, bu, haqqı ödənilmiş hücumlar olub. Az qala bütün məlumat saytları güclü yaxud zəif hücumlara məruz qalıb. Əksər saytlar müvəqqəti bağlanıb, - deyib Samvel Martirosyan.
Yalnız Lragir.am saytı cümə günü, sentyabrın 7-dən, açılıb.
Hazırkı erməni-Azərbaycan hacker hücumları Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyasına təsadüf edib.
İnformasiya təhlükəsizliyi üzrə yerli mütəxəssislər Səfərovun Azərbaycana təhvil verildikdən sonra iri Azərbaycan haker qrupu tərəfindən Ermənistan saytlarına hücum başlandığını bildirirlər.
Samvel Martirosyanın sözlərinə görə, üç gün ərzində 20-yə yaxın sayt dağıdılıb və Ramil Səfərovun şəkli və əfv edilməsi fərmanı yerləşdirilib.
Onların ən böyük müvəffəqiyyəti xərçənglə xəstə uşaqlara və uşaq evlərinə yardım göstərən təşkilatın saytının dağıdılması olub, - deyə Martirosyan bu hücumlardan sonra, ertəsi gün erməni hakerləri əks-hərəkətlərə başlayıblar.
İlk həmlə
Bakıda ilk həmlənin erməni tərəfindən gəldiyini deyirlər.
BBC Azərbaycancaya müsahibəsində Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ilk hücumun Ermənistandan gəldiyini bildirib.
Erməni rəsmilərinin hiddətli, göstəriş xarakterli çıxışlarından sonra Azərbaycan resursları həmləyə məruz qalıb. Azərbaycanda bu kimi kontekstdəki çıxışlara rast gəlməmişəm. Rusiya-Gürcüstan müharibəsindən əvvəl bu kimi sövqedici nitqlərdən sonra Gürcüstan saytları dağıdılmışdır. Bu erməni hakerlərinin də rəsmilər tərəfindən sövq edilməsinə dair şübhələrə zəmin yaradır. Azərbaycandan cavab isə daha çox həvəskar və könüllü hərəkətlərinə bənzəyir.
Osman Gündüz internet qarşıdurmanın əleyhinə olduğunu bildirib.
Biz bu kimi hərəkətləri pisləyirik. Hücum əvəzinə öz mövqeyini leqal sayt vasitəsilə çatdırmaq lazımdır.
"Əsas hədəflər"
Bizim əsas hədəflərimiz Azərbaycan prezidenti, nazirlikləri və KİV-lərin saytları olub, - Samvel Martirosyanın deyib.
Erməni hakerlərinin az sayda saytlara hücum təşkil etdiyi və təsadüfən yalnız bir əyləncəli saytlara xidmət göstərən server dağıdıldığı bildirilir.
Hücumlar iki üsulla tətbiq edilib: dağıdılan sayta şəkil yerləşdirilib və virusa yoluxmuş kompüterlərdən çoxsaylı DDoS hücumları təşkil edilib.
İnformasiya texnologiyası təhlükəsizliyi eksperti Ruben Muradyanın sözlərinə görə, DDoS hücumları 80 minə yaxın Asiyada qeydiyyata alınmış kompüterlərdən təşkil edilib.
Samvel Martirosyan Türkiyə, Pakistan, Hindistan və Vyetnamdan hücumlar təşkil edən muzdlu hakerlər arxasında Azərbaycan hökumət orqanları durduğunu ehtimal edır.
"Planlı" hücum
Elə təsəvvür yaranır ki, Azərbaycan hakerlərinə plan verilib, - deyir Martirosyan.
Ekspert haker hücumu xuliqanlıq olduğunu bildirir və bununla məşğul olmağı əhəmiyyətsiz hesab edir, çünki, əsasən, mahiyyəti olmayan saytlar sıradan çıxarılır.
Samvel Martirosyanın sözlərinə görə, Azərbaycan prezidentinin saytını dağıtmaq erməni tərəfi üçün təbliğat məqsədi daşıyıb, çünki beynəlxalq KİV-lərə və televiziyalara erməni zabiti öldürən cinayətkarın əfv edilib mükafatlandırılması mövzusuna toxunmaq üçün daha bir bəhanə verir.
Dostları ilə paylaş: |