Könüldən keçənlər



Yüklə 1,4 Mb.
səhifə85/113
tarix03.01.2022
ölçüsü1,4 Mb.
#51672
1   ...   81   82   83   84   85   86   87   88   ...   113
17.03.2013, sааt 23:25

Neynəyim ki, allah mənlə dost olsun?
Bu dünya tərsinə fırlanır indi,

Tanrı da əksinə aldanır indi.

Əyri-tərs səmtinə sallanır indi,

Neynəyim ki, allah mənlə dost olsun?


Gecə-gündüz yalvarmışdım allaha,

Naxış versin mən də adam olmağa.

Mənə düşmür, qurtarıbdır, yox daha,

Neynəyim ki, allah mənlə dost olsun?


Qabaq yenə mərhəməti var idi,

Yaxşılara məhəbbəti var idi.

Haqsızlara sərt hiddəti var idi,

Neynəyim ki, allah mənlə dost olsun?


Bicə-gicə qapı açır, yol açır,

Nadan-quldur qabağı ilə o qaçır,

Dostluq edib, üzlərinə nur saçır,

Neynəyim ki, allah mənlə dost olsun?


Müsbət naxış düz adama verilmir,

Sabir Binnət, sənə şamil edilmir,

Əyri yolda dürüst addım gedilmir,

Neynəyim ki, allah mənlə dost olsun?




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin