30.06.2014, saat 02:43
Dəymə-düşər
Yaxşı indi, çox təşəkkür edirəm,
Az qalmışdı bəri başdan inciyəm.
Axı, mənim qəlbim yaman kövrəkdir,
Ona görə dəymə-düşər biriyəm.
04.07.2014, saat 01:25
Dostluq
Dost odur ki, görüşdülər,
Dərdlərini bölüşdülər.
Bir-birini görmək üçün,
Həsrət çəkib ölmüşdülər.
07.07.2014, saat 01:55
Əlim demir
Bir narazı belə deyir,
Bu həyatda, əlim demir.
Sizcə, nəyə baglı bu soz?
Qəlbim dinir, dilim demir.
* * *
Üzərindən keç
Elə-belə xəbər heç,
Onun üzərindən keç.
Canlı gedib görərik,
Yeni barı hörərik.
Millət ilə görüşüb,
Sirr-dərdləri bölərik.
03.08.2014, saat 04:30
Bu dünyadan
Zırıldaya, zırıldaya
Yuxudan indi durmuşam.
Üz-gözümə su vurmadan,
Miz-masama oturmuşam.
Dedim dostlarla görüşüm,
Dərdlərini həm bölüşüm
Bir də ya qismət, dönüşüm,
Deyəsən, dəli olmuşam.
Sabir Binnət, qəm eyləyir,
Əzrail də dəm eyləyir,
Gedib-gəlir, əl cəkməyir,
Bu dünyadan yorulmuşam.
01.10.2014, saat 11:20
Dedim
Biraz işim vardır bu gün,
Sabahınız xeyir, dedim.
Vacib olan işlərimi,
Gedib birazca həll edim.
20.02.2014
VAR
Əziz və gözəl dostlar,
Sizin hər birinizə.
Səmimi hörmətim var.
Tək-tək bagrıma basıb,
Öpməyə cürətim var.
Sanıram ki səmimi.
Həm də mehriban olar.
İndi axşam qabağı,
Axşam, xeyir-duam var
02.10.2014, saat 15:55
DOST
Dost dostdursa, qəlb dostunun ülfətinə can verər,
Dostuna öz şöhrətini dost yolu qurban verər.
26.10.2014
* * *
Günaydına yetmədim,
İyi akşam deyəlim.
Əziz dostlar, sizlərə,
İyi hayat dilərim.
15.04.2014, saat 08:35
Dost
Dost dostdur, qucub öpər,
Dostu dost gözlə görər.
Dostluqda xəyanətə
Dost özü ölüb gedər.
14.10.2014, saat 20:15
* * *
Dərdimi bölüşənlər,
Mənim səmimilərim.
Həp sizlərə qurbandır,
Sizlə döyünən qəlbim.
Həyatıma yarsınız
Həlal olsun, çok iyi yapmısınız.
Qan birliyi dəyərimə varsınız.
Axı, siz ki, bu gün mənə arkadaş,
Ömrüm boyu həyatıma yarsınız.
Sübhün nuru
Hər sübhünüz gülə-gülə açılsın.
Üzünüzə sübhün nuru saçılsın.
Uğur olsun, işinizə günaydın,
Üzünüzə ay-ulduzdan baxılsın.
25.04.2014, saat 08:20
Salam!
Əziz və səmimi dostların sabahı xeyir.
Sübhdən xoş əhval tutun ki, axşama xoş çatasınız.
Axşamı xoş keçirib, gecə rahat yatasınız.
Uğurlar! Dostlar!
03.04.2014
Yanmasın
Aç qəlbini, de mənə,
Sinən odda yanmasın.
Onsuz da qəlbin itib,
Bəd əllərdə yanmasın.
30.4.2014, saat 15:55
XOŞ GƏLDİNİZ!
Yeni qoşulan dostlar,
Məclisə xoş gəldiniz.
Göz üstə yeriniz var,
Xoş səfa gətirdiniz.
22.11.2014, saat 20:20
Körpə deyilsən
Sən sevdikcə, körpələri sevəsən,
Axı, sən ki, indi körpə deyilsən.
Özün körpə olub indi böyüyüb,
Zamanınla bu gün körpə meyilsən.
30.04.2014, saat 17:35
Salamlar, ay Sevda xanım.
Səhifəyə nəzər saldım.
Sizlər ilə dost olmagı,
Bax, bu dəm qərara aldım.
20.07.2014, saat 14:20
İbrahim Rəndəçiyə
İbrahim Rəndəçi elə bildilər dülgərdi,
Mənə elə gəlir ki, söhbət dostluqdan gəldi.
Anlamaq çox çətinmi yazı-qələm dostunu,
Bu İbrahim Rəndəçi bir şair dost, qələmdi.
15.02.2014
Hər vaxtınız xeyir
Axşamınız da xeyir,
Hələ sabahınız da.
Daha xeyirli olsun,
Hələ hər vaxtınız da.
18.10.2014, saat 22:15
Bakıdan görüşərik
Dostlar bu an, sizə deyim hələlik,
Bu gün axşam, Bakıdan görüşərik.
Arzu-istək, başa gəlmiş dərdləri,
Görüşərkən, ürəkdən bölüşərik.
31.10.2014, saat 06:25
İnanın ki....
Son zamanlar facebooka gələndə,
İnanın ki, dala qaçmağım gəlir.
Dostlarımın üz-gözünü görəndə,
Ayaqlarım yerindəcə dirənir.
11.01.2015, saat 20: 35
Solmaz xanım Aliyevaya ithaf
Həm ziyalı, həm zəkalı,
Solmaz xanım var həyalı.
Səmim qəlbi millət üçün,
Bu dövlətə var yararlı.
O həm qadın, həm anadır,
Sınmış qəlbə bir duadır.
Od olsa da, bir cəfadır,
Dərd-bəladan o aralı.
Çox səmimi, çox mehriban,
Bu Solmazı səmimi an.
Sabir Binnət, özünlə qan,
Bu millətin var maralı!
27.03.2014
Müəllimlərə
İşıqlı günlər sizin,
Müəllimlərimizin
Diləyirik hər zaman,
Açılsın üzünüzə.
16.11.2014
Nərgiz xanım Vəlizadəyə salamlar!
Ad gününüzü səmimi qəlbdən təbrik edirəm. Hər gününüzü və bütün ad günlərinizi gülə-gülə qeyd edəsiniz. Sizə uzun ömür və can sağlığı arzu edirəm. Xanımlar gülü-çiçəyi sevərlər. Bu kompyuterdən bacarıb istifadə edə bilmədiyimdən, göndərə bilmədim. Adımdan şifahi bir dəstə şeirlə gül qəbul edin.
Günəş tək parlayarsan,
Gözlərimdə yanarsan.
Dünya-aləm bir olsa,
Təkcə mənim olarsan.
Mən Sabirəm, sən Nərgiz,
Gəl, baxçama ək nərgiz.
Dərim bir-bir o güldən,
Həmyar olaq ikimiz!
Dostları ilə paylaş: |