Kür çökəkliyi göl sistemlərinin formalaşma Xüsusiyyətləri və onların ekohidroloji



Yüklə 1,22 Mb.
səhifə10/16
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#109396
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
3.1. şəkil.1
Sarısı gölündə su elə həddə çatıb ki, bəndlərin hər an dağılma ehtimalı var. Bu baş versə, Saatlı suya qərq olacaq”. 
Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan Sarısu dolub, aşıb-daşır: “Əgər Sarısu bəndləri yarsa, daha böyük fəlakət olacaq, arzu edək ki belə olmasın. Amma vəziyyətin gedişi fəlakətdən xəbər verir”. 
Adının çəkilməməsini istəyən vəzifəli şəxs Sarısu gölü ətrafında təhlükəsizlik tədbirlərinin qənaətbəxş səviyyədə aparılmamasından da narazılıq edib: “Bakıya verdikləri məlumatlarda deyirlər tədbirlər görülür, amma əslində biganəlik var. Su durmadan yüksəlir, indiki bəndlər gələcək suların qarşısını almağa yetərli deyil”. 
Sarısu gölünün daşması nəticəsində təhlükə altında qala biləcək Saatlı rayonunun Naharlı, Məzrəli, Nərimankənd və daha bir neçə yaşayış məntəqəsini əhalisinin evakuasiya olunduğu bildirilir. Sarısu gölü SSRI dövründən daşqınlar zamanı Kürdəki artıq suyun bir hissəsini çaydan çəkmək üçün ehtiyat anbar rolunu oynayır. Kürdə suyun səviyyəsinin nizamlanması əsasən Mingəçevir su anbarının öhdəsindədir. Bəndlər isə Mingəçevirdən aşağı Kürə tökülən Kürəkçay, Tərtərçay, Girdmançay və başqa çayların şıltaqlığının qarşısını almaq üçündür. Indi Kür və Araz çaylarına vurulan bəndlər nəinki yuxarıda adları göstərilən xırda çayların, hətta Kür böyüklükdə bir neçə çayın suyunu götürə bilər.
Hazırda Sarısu gölünün ətrafına da nəhəng bənd vurulur. Onlarla müasir ağır texnika səhər saat 7-dən axşam 7-yə qədər bəndin qaldırılması ilə məşğuldur.
Təbii ki, bir sual meydana çıxır: bəs min illər boyu Mingəçevir su anbarı kimi böyük bir anbar mövcud olmamışdan Aranda bu qədər su kütləsi niyə yığılmırdı?
Belə nəticə çıxır ki, 2010-cu il daşqınından əhalinin əziyyəti hesabına kimlərsə milyonlar qazandı. Və bu, onlara azlıq edir. Gələcəkdə faciənin irimiqyaslı olması üçün indidən hazırlıq görülür.
Sarısu gölünün ətrafına vurulan bənd onu göstərir ki, gölə 2010-cu ildəkindən dəfələrlə çox su yığmaq olar. Göl isə Suqovuşandan, yəni Kürlə Arazın birləşdiyi yerdən 15 kilometrə qədər məsafədədir və səviyyəsi Suqovuşandan bir neçə metr yüksəkdir. Əgər gölə o həcmdə su yığılsa və bu su bəndi yarsa, qarşısında heç bir maneə görmədən böyük sürətlə Suqovuşana girə bilər. Belə olduqda, Kür və Araz istənilən qədər Suqovuşandan yuxarı qalxar və bunun qarşısında heç bir bənd tab gətirə bilməz. Belə olan halda isə, nəinki Sabirabad, hətta Aranın bir neçə başqa rayonu da su altında qala bilər. Son nəticədə də dəyəri maksimum 10 min, lakin kağızda 40 min manat yazılan evlər indikindən yüzlərlə çox ailə üçün tikilə bilər.


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin