I Təlim müvəffəqiyyətinə nəzarətin əhəmiyyəti.
Müvəffəqiyyətə nəzarət dedikdə - təlim prosesinin gedişi və nəticələrin qarşıya qoyulmuş məqsəd baxımından ümumiləşdirilməsi və təhlili başa düşülür.
Müvəffəqiyyətə nəzarət şagirdlər üçün, müəllimlər üçün və dövlət üçün mühüm əhəmiyyət kəsb edir.
Müvəffəqiyyətə nəzarətin şagirdlər üçün əhəmiyyətinə bunları daxil etmək olar:
şagirdlərin bilik və bacarıqlarının səviyyəsini üzə çıxarır;
qazanılmış nailiyyətlərin daha da inkişaf etdirilməsinə imkan verir;
nöqsan və çatışmazlıqları müəyyən etməyə və aradan qaldırmağa kömək edir;
şagirdlərdə təlim vəzifələrinə məsuliyyət hissi oyadır, onları özlərinə qarşı tələbkar olmağa təhrik edir.
Təlim müvəffəqiyyətinə nəzarət müəllimin fəaliyyətində aşağıdakılar baxımından əhəmiyyətlidir:
müəllim təlim çətinliklərini və onların səbəblərini müəyyən edir;
təlim üsulunun düzgün seçilib-seçilmədiyi müəyyən edilir və lazım gələrsə, daha optimal üsul seçimi edilir;
şagirdlərin ümumi inkişafına nəzarət imkanları yaranır;
müstəqil işləmə səviyyələrinə uyğun təshihlər aparılır və s.
Təhsil dövlət strategiyasının prioritet sahəsi olduğundan:
təlim prosesinin nəticələri daim dövlət nəzarəti altında olur;
təlimin nəticələrinin dövlət standartlarına uyğunluğu aşkar edilir;
gənc nəslin həyata hazırlıq səviyyəsi müəyyən edilir;
təhsilin təşkili və idarəedilməsinin daha müasir və demokratik formalarına keçilməsinin zəruriliyi müəyyənləşdirilir.
Dostları ilə paylaş: |