Vaxtaşırı yoxlama. Bu yoxlamanın məzmununa müəyyən tədris rübbündə keçirilən proqram materialı daxildir.
Yekun yoxlama isə bütün kursa aiddir.
III Təlim nəticələrinin yoxlanılması üsulları.
Yoxlamanın üsulları. Yoxlamanın üsulları-şagirdin təlim-idrak fəaliyyəti və müəllim işinin səmərəliliyinin xarakteri və məzmunu haqqındakı əks-əlaqəni təmin edən qaydalardır. Başqa sözlə deyilsə, yoxlama üsulları dedikdə elə qaydalar başa düşülür ki, həm şagirdin öyrənməsinin həm də müəllimin öyrətmə işinin vəziyyəti, xarakteri, məzmunu müəyyənləşmiş olsun. Şagirdlərin bilik, bacarıq və vərdişlərinin yoxlanılması üsulları tədris edilən fənlərin xüsusiyyətindən və şagirdlərin yaşlarından çox asılıdır. Lakin ümumiyyətlə, yoxlamanın aşağıdakı üsullarından bəhs etmək olar: