Müvəffəqiyyət testlərinin əhəmiyyəti:
təlim-tərbiyə prosesində yüksək nəticələr əldə etməyə imkan verir;
təlimə maraq oyadır;
fərdi-psixi xüsusiyyətləri inkişaf etdirir;
təlim-tərbiyə prosesində həyəcanı azaldır.
Ev yazı işlərinin yoxlanılması. Şagirdlərin gündəlik müşahidəsi.
Təlim prosesi zamanı şagirdlərin müşahidəsi müəllimə şagirdlərin müstəqilliyi, fəallığı və şüurluluğu haqqında məlumat verir.
Yoxlamanın təşkili. Yoxlamanın səmərəliliyi təlim prosesində onun təşkilindən çox asılıdır. Yoxlamanın təşkili dedikdə aşağıdakılar başa düşülür.
yoxlama məşğələlərinin aparılma vaxtı, onların ardıcıllığı;
şagirdlərin müstəqil işlərinin xarakteri və formaları (fərdi, qruplarla, frontal);
təlimin didaktik və texniki vasitələrinin paylanması, yerləşməsi;
yoxlama üsullarının uyğunlaşması;
təlim prosesi nəticələrinin qeydə alınması.
Dostları ilə paylaş: |