Pedaqoji fikrin inkişafında təlim –tərbiyə sahəsində xalq kütlələri tərəfindən emprik yolla gündəlik yaşayış şəraitinin təsiri altında formalaşan fikrin, ideyaların, qaydaların, təçrübələrin, adət-ənənlərin məcmusu olan xalq pedaqogikasının mühüm rolu vardır. Cəmiyyətin inkişafının sonrakı dövrlərində elə bir şərait yarandı ki, ictimaiinkişafda tərbiyənin xüsusi cəkisi getdikcə artdı. Təlim-tərbiyə sahəsində mövcud fikirlərin, təcrübələrin ümumiləşdirilməsinə və sistemləşdirilməsinə, uşaqlarıhəyata hazırlamaq üçün xüsusi fəaliyyət sahəsinə və təlim-tərbiyə müəssisələrinə ehtiyac artmağa başladı. Bəşər mədəniyyətinin və pedaqoji sistemlərin inkişafını şərti olaraq bu cür sistemləşdirmək olar: