Kurs: I fənn: Pedaqogika


IV Qiymətləndirmə və qiymət meyarları



Yüklə 298,36 Kb.
səhifə110/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   242
IV Qiymətləndirmə və qiymət meyarları.

Qiymət - yerinə yetirilmiş tapşırığın dəqiqliyi və düzgünlüyünün, şagirdlərin fəallıq və müstəqillik dərəcəsinin göstəricisidir. Qiymətləndirmə təlim işinə xasiyyətnamə verməkdir.

Qiymətləndirmədə aşağıdakı cəhətlər nəzərə alınmalıdır.



  • biliyin həcmi nəzərə alınmalıdır;

  • biliyin dərk edilmə səviyyəsi nəzərə alınmalıdır;

  • biliyin tətbiq edilməsi nəzərə alınmalıdır;

  • biliyin ifadə olunması nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli 9 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq edilmişdir. Həmin Konsepsiyaya görə müəyyən edilmiş yeni qiymətləndirmə sistemi aşağıdakıları təmin edir:

  • təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsini;

  • təhsilin keyfiyyəti üçün əsas göstərici olan "şagirdin təlim nəticələri" haqqında etibarlı məlumat verilməsini;

  • qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafıq dəyişikliklərin aparılmasını;

  • təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyasını;

  • qiymətləndirməyə yeni yanaşmaların, yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsini.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin