I Təhsil sistemi haqqında ümumi məlumat
səhifə 114/242 tarix 10.01.2022 ölçüsü 298,36 Kb. #107538 növü Mühazirə
I Təhsil sistemi haqqında ümumi məlumat
Təhsil sistemi – ölkə daxilində mövcud olan təlim-tərbiyə müəssisələrinin məcmuyuna deyilir.
Bəşəriyyətin tarixi inkişafı sübut edir ki, “təhsil” və “cəmiyyət” anlayışları sıx əlaqədədir.
Müasir təhsil sisteminin funksiyaları kimi bunları göstərmək olar:
fərdin daxili aləmini humanist ideallar əsasında zənginləşdirmək;
cəmiyyətin tələblərinə müvafiq əxlaqi keyfiyyətlərin formalaşdırılması;
insanların mədəni səviyyəsinin , peşə hazırlığının yüksəldilməsi.
Təhsilin sosial əhəmiyyəti kimi bunları göstərmək olar:
cəmiyyət həyatında baş verən bu və ya digər tendensiyanın inkişafına təsir göstərmək imkanı;
böyüyən nəsli qlobal , yaxud lokal problemlərin həllinə hazırlamaq.
Təhsil sahəsində aparılan islahatların istiqamətləri bunlardır:
təhsil sisteminin bütün mərhələlərinin yenidən qurulması;
təlim-tərbiyə işlərinin məzmununu , üsul və vasitələrini təkmilləşdirmək;
pedaqoji kadrların hazırlanması və ixtisasının artırılması işinin səviyyəsini yüksəltmək.
Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.
Dostları ilə paylaş: