Kurs: I fənn: Pedaqogika


I Tərbiyə prosesinin xüsusiyyətləri



Yüklə 298,36 Kb.
səhifə124/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   120   121   122   123   124   125   126   127   ...   242
I Tərbiyə prosesinin xüsusiyyətləri.

Pedaqoji prosesin əsas tərkib hissələrindən biri tərbiyədir. Tərbiyə - həyat üçün zəruri olan sosial təcrübənin mənimsənilməsi və cəmiyyət tərəfindən qəbul edilmiş dəyərlər sistemi formalaşdırılması üçün böyüyən nəslə məqsədyönlü təsir göstərmək prosesidir.



Tərbiyə prosesinin təlim prosesindən fərqləri:

  • təlim prosesinin məntiqi və sistemi təhsilin qarşısında qoyulmuş məqsədlə müəyyən edilərək, onun məzmununda, təşkilat formalarında, üsul və vasitələrində öz əksini tapır. Tərbiyənin məntiqi isə özünün ümumi və xüsusi vəzifələri ilə müəyyən edilərək, prinsip və üsullarında əksini tapır;

  • təlimdən fərqli olaraq, tərbiyə uzun sürən bir prosesdir;

  • təlimdən fərqli olaraq tərbiyənin nəticələri gec məlum olur;

  • tərbiyə prosesinin xüsusiyyətlərindən biri onun fasiləsizliyidir. Məktəbdə verilən tərbiyə sistematik, arasıkəsilməz xarakterli olmalıdır. Təkcə bir dəfə keçirilən “çox yaxşı” tərbiyəvi tədbirlə şagirdlərin davranışını tam nizamlamaq olmaz;

  • tərbiyənin bir xüsusiyyəti də özünütərbiyə və yenidən tərbiyə ilə tamamlanmasıdır;

  • tərbiyə prosesi kompleks xarakter daşıyır;

  • tərbiyə prosesi nəticələri etibarilə variantlı, qeyri-müəyyən xarakter daşıya bilər. Eyni şəraitdə tətbiq edilən tərbiyəvi işlər müxtəlif nəticələr verə bilər. Burada uşaqların fərdi xüsusiyyətləri, sosial təcrübələri, tərbiyəçilərin peşə hazırlığı və pedaqoji ustalığından çox asılıdır.

Müasir dövrdə pedaqoji elmin “tərbiyə pedaqogikası” deyilən yeni sahəsi formalaşmaqdadır. Bu baxımdan tərbiyə nəzəriyyəsinin də özünəməxsus kateqoriyalarından danışmaq olar.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin