Uşaq və böyüklərin bərabərhüquqlu birgə fəaliyyəti.
İndiyəqədərki pedaqogikaya görə, tərbiyə prosesində böyüklərin və uşaqların, müəllimlərin və şagirdlərin fəaliyyət formaları və məqsədləri fərqli, bəzən bir-birinin tam əksi kimi qəbul edilirdi. Böyüklər, müəllimlər tərbiyə prosesini təşkil edir, ona rəhbərlik edir, onu idarə edir, nizamlayır və təshih edirdilər. Tərbiyə olunanlar isə yalnız onların göstərişlərini yerinə yetirməli, məhz o cür davranmalı idilər. Müasir tərbiyə prosesi isə müəllim və şagirdlərin əsas sima - prosesin bərabərhüquqlu tərəfləri olması ideyasına əsaslanır.
Dostları ilə paylaş: |