tərbiyədə hörmət və tələbkarlıqla əlaqədar qanunauyğunluq: tərbiyə olunanın şəxsiyyətinə hörmətlə, ona mümkün qədər ciddi tələbkarlıq vəhdət halında tətbiq edildikdə tərbiyə prosesinin səmərəsi artır;
tələblərdə vahidliklə əlaqədar qanunauyğunluq: tərbiyə olunana göstərilən müxtəlif təsirlər arasında vahidliyə nə qədər ciddi əməl edilərsə, tərbiyə prosesinin səmərəsi bir o qədər yüksələr;
tərbiyədə nikbinliklə əlaqədar qanunauyğunluq: tərbiyə olunanda müsbət cəhətləri müəyyən etməklə, tərbiyənin müsbət nəticələnəcəyinə nə qədər çox inamla yanaşılarsa, tərbiyə işi o qədər müvəffəqiyyətli olar;