III Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi.
Yaş və fərdi xüsusiyyətlərin nəzərə alınması prinsipi tələb edir ki, uşaqların müxtəlif inkişaf dövrlərinə xas olan ümumi psixofizioloji xüsusiyyətləri və hər bir uşağın müxtəlif amillərin təsiri altında formalaşan fərdi-psixi keyfiyyətləri tərbiyə işində nəzərə alınsın.
IV Hörmət və tələbkarlıq prinsipi.
Bu prinsip tələb edir ki, tərbiyə olunanın şəxsiyyətinə maksimum dərəcədə hörmət etməklə, ona mümkün qədər ciddi tələbkarlıqla yanaşılsın. Uşaq şəxsiyyətinə hörmət dedikdə ümumi şəkildə bunlar başa düşülür:
uşağın həvəs və arzuları ilə hesablaşmaq, xüsusilə kiçik yaşlarında onların arzularının maksimum dərəcədə yerinə yetirilməsinə çalışmaq;
uşaqların qabiliyyəti və bacarıqlarını nümayiş və tətbiq edə bilmələrinə şərait yaratmaq;
tərbiyə işində ayrı-seçkilik qoymadan, hər kəsə əməlinə, davranışına görə qiymət vermək;
uşaqları sevmək, xüsusilə ibtidai siniflərdə onları mümkün qədər çox tərifləmək və rəğbətləndirmək lazımdır.
Tələbkarlıq – ictimai həyatın müxtəlif sahələrində davranış normalarına əməl etməyin, fəaliyyət prosesində öz vəzifələrini yerinə yetirməyin zəruriliyini təmin etmək xüsusiyyətidir.
Tələbkarlığın müvəffəqiyyəti onun tətbiqi qaydalarından asılıdır: