Kurs: I fənn: Pedaqogika


Azərbaycan xalq pedaqogikasına görə tərbiyə üsulları bunlardır



Yüklə 298,36 Kb.
səhifə140/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   136   137   138   139   140   141   142   143   ...   242
Azərbaycan xalq pedaqogikasına görə tərbiyə üsulları bunlardır:

  • əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar (öyüd-nəsihət, izahetmə-başasalma, məsləhət, tövsiyyə, vəsiyyət, göstəriş, dilətutma və s.);

  • davranış təcrübəsinin formalaşdırılmasına xidmət edən üsullar (məşq, oyun, sınaq, tələb, söz vermək, and içmək və s.);

  • stimullaşdırma üsulları (xeyir-dua, tərif, alqış, bəxşiş, mükafat, bəyənmə, xəbərdarlıq, məzəmmət etmə, danlaq, qadağan etmə, hədə-qorxu, irad tutmaq, cırnatmaq, tənə vurmaq, məhrum etmək, küsmək, döymək və s.);

  • nümunə (valideyn nümunəsi, böyük bacı-qardaş nümunəsi, qohum-əqrəba nümunəsi, tay-tuş nümunəsi, ağsaqqal nümunəsi, el qəhrəmanları nümunəsi və s.).

  • Xalqa görə əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar bunlardır:

  • öyüd-nəsihət;

  • izahetmə - başasalma;

  • məsləhət;

  • tövsiyyə;

  • vəsiyyət;

  • göstəriş;

  • dilətutma və s.

Öyüd-nəsihət. Əxlaqi şüurun və əqidənin formalaşmasına xidmət edən üsullar içərisində ən geniş yayılmış üsullardan biridir. Əslində üsulun adı “öyüd vermək” anlayışından götürülüb. Xalq arasında bəzən “öyüd” sözü “tərbiyə” anlayışının sinonimi kimi çıxış edir. “Yaxşı öyüd görüb”, “öyüd verəni halal adamdı” ifadələri də buna dəlalət edir. Digər baxımdan, “öyüd” əsl türk sözü olub, ərəbcədən alınmış «nəsihət» sözünə nisbətən aid olduğu məfhumu daha dəqiq ifadə edir.

Alğıl öyüt mindin oğul, ərdəm tilə

Boyda uluq bilge bolup bilging ilə

(Ey oğul, məndən öyüd al və ərdəm dilə, xalqın rəhbəri olursun və onlara bilgəlik və ərdəm yayırsın) (Mahmut Kaşğarlı. “Divani-lüğat-it-Türk” Ankara, 1998 səh.372)

Öyüd-nəsihət üsulunun əsas tətbiqi vasitələri bunlardır:

  • atalar sözləri;

  • ustadnamalər;

  • fərdi söhbətlər.

Əgər atalar sözləri gündəlik həyatda hər bir öyüd verən tərəfindən lazımi yerində işlədilə bilirsə, ustadnamələr, əsasən, dastan söyləmələri və ya aşıq nəğmələrinin ifası zamanı istifadə edilir.

Atalar sözləri qısa, lakonik, yadda saxlanması asan olduğundan ondan hamı istifadə edir. Əsasən, üç bənddən ibarət olan ustandanəmələri isə hamı yadda saxlaya bilmir və buna görə də ondan istifadə atalar sözləri qədər geniş yayılmamışdır.

Ustadnamə” - ustadın, dünyagörmüş, təcrübəli, müdrik adamın öyüd-nəsihətidir. Onlar sırf pedaqoji xarakter daşıyır və davranış, dostluq, yoldaşlıq, təhsil, tərbiyə, ailə, əmək və s. məsələlər haqqında qiymətli keyfiyyətlər aşılayır:
Salam verib bir məclisə varanda,
Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Dindirəndə kəlmə-kəlmə cavab ver,
Görən desin: bərəkallah, yaxşıdır.

Bu ustadnamədə verilən digər öyüd isə əslində bütün azərbaycanlıların "qulağında sırğa olub” qalmalı idi: “Düşən günü düşman elə düşmandı” deyimi ilə gənc nəslə öyrədilir ki, düşmən fürsət düşən kimi düşmənliyini edəcək, qohum isə yüz il keçsə də yenə sənə düşmənlik etməz. Düşmənini tanımalı, ona qarşı sərvaxt olmalısan. (“İsti ocağımızın” kənarında soyuqdan donmamaları üçün yer verdiyimiz, halal çörəyimizə qonaq etdiyimiz düşmənlərimizin fürsət düşən kimi “düşmənçilik etdiklərinin” canlı şahidləriyik). Qohum-əqrabaya isə həmişə diqqətli olmalı, onlarla möhkəm əlaqədə olmalısan.

  • sənə hörmət edənin qədrini bil;

  • iki şey ağıla xilafdır: danışmaq lazım olan yerdə susmaq, susmaq lazım olanda danışmaq; hər sözü lazım gələndə danışsan yaxşıdır;

  • çox bilən az danışar, az bildiyin halda çox danışma;

  • həmişə yaxşılarla yoldaş ol;

  • gizli və tamahkar adamla dostluq etmə;

  • yıxılanın əlindən yapış, qaldır;

  • zarafat dostluğu pozar, şit zarafatdan qaç;

  • əməyi itirmə, əməyi ancaq nadanlar itirər;

  • halal ye, malına haram qatma, haram mal bərəkətsiz olar;

  • nadanla öcəşmə; onu başa sala bilməzsən, ətrafdakılar səni də o səviyyədə hesab edər;

  • sözgəzdirən adamdan uzaq ol; şər onlardan doğur;

  • sağlamlığına fikir ver, bədəni sağlam olmayan heç bir əmələ yaramaz

  • hər işi vaxtında gör, çünki hər zamanın bir hökmü var…və s.

İzahetmə-başasalma davranış və hərəkətin mahiyyəti və zəruriliyini anlatmaqla yanaşı, onu yerinə yetirmək qaydalarını da təlqin etmək üsuludur. El arasında «başa düşmək» ifadəsi – anlamaq, dərk etmək, tamamilə qavramaq mənasını verir.

Məsləhət geniş yayılmış üsullardan biridir. Müəyyən bir iş görülməzdən qabaq bu sahəyə yaxından bələd olan təcrübəli, səmimi, xeyirxah, ən əsası isə ağıllı bir adamla, bir növ, müzakirə edilir. Bəzən bu barədə bir neçə adamla məsləhətləşilir, məsələnin düzgün həlli yolları araşdırılır, onun mahiyyəti dərk olunduqdan sonra yerinə yetirilir. Tərbiyə işində, gənc nəsildə düzgün əxlaqi keyfiyyətlər və davranış təcrübəsi formalaşdırılmasında da bu cürdür. “Məsləhətli don gen olar” demişlər.

Məsləhət verən müdrik adamlar məsləhəti hökm deyil, təklif kimi verərdilər. Məsləhət verməyin məsuliyyətini dərk edərək, “yenə özün də bir ölç-biç” deyə son qərarı insanın özünün verməli olduğunu bildirirdilər.

Vəsiyyət - insanın həyatdakı son iradəsi, son arzusu eyni zamanda son öyüdüdür. Müasir dövrdə “vəsiyyət”adlı hüquqi akt mövcuddur ki, o, “vəsiyyətnamə” adlı hüquqi sənədlə təsbit olunur. Bu cür vəsiyyətnamə adamın son iradəsinin ifadəsidir və onun ölümündən sonra qüvvəyə minir. Vəsiyyətnamələr əksər hallarda mal, var-dövlət, əmlak bölgüsü haqda olur.

Xalq arasında tərbiyə üsulu kimi işlədilən vəsiyyət isə insan hələ sağ ikən onun övladlarına, yaxın adamlara bilavasitə ünvanlanır. Vəsiyyət övladların gələcək həyatlarını necə qurmalı olduqları, kimlərə necə münasibət bəsləmələri, hansı keyfiyyətlərdən imtina edib, özündə hansı keyfiyyətləri formalaşdırmaq qayğısına qalmaları barədə, bir sözlə, sırf tərbiyə məqsədləri haqda olur.

El arasında belə bir ifadə var: “Vəsiyyət–yüngüllükdür”. Bu ifadə iki cür başa düşülür. Əvvələn, ölümünün yaxınlığını hiss edən adam ürəyində olanları, oğul-uşağına son öyüdünü verdiyindən bir az rahatlanır. Burada vəsiyyət “yüngüllük”, “yüngülləşmək”, “rahat olmaq” mənasındadır. Bir başqa anlamda isə bu ifadə “sən saydığını say, gör fələk nə sayır” paremisinin sinonimi kimi çıxış edir. Yəni “sənin vəsiyyətinin hər hansı səbəb üzündən həyata keçəcəyinə o qədər də inam yoxdur”. Hadisələrin gedişi bir çox amillərin təsiri ilə dəyişə bilər. Ona görə də “yüngül xasiyyətlilik edib, indidən vəsiyyət etmə. Ola bilsin ki, sən hələ çox yaşayacaqsan”.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin