III Fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına xidmət edən üsullar.
Bu üsulların əsas mahiyyəti dərk edilmiş əxlaqi anlayışların, əqidənin, konkret işdə, davranış zamanı tərbiyə olunanların hərəkətlərində özünü göstərməsi, onlarda əxlaqi vərdiş və adətlər yaradılmasıdır. Bu üsulları “alışdırma üsulları” da adlandırmaq olar.
Çalışmalar
● Çalışmanın mahiyyətini əxlaqi hərəkətin dəfələrlə təkrarı nəticəsində avtomatik şəkildə davranış keyfiyyəti yaradılması təşkil edir.
Çalışmaların səmərələliyini təşkil etmək üçün aşağıdakılar nəzərə alınmalıdır:
çalışmaların sistemliliyi;
onların məzmunu;
gücəmüvafiqlik;
çalışmaların həcmi;
təkrarların tezliyi;
nəzarət və təshih;
şagirdlərin şəxsi keyfiyyətləri;
çalışmaların müddəti və yeri;
fərdi, qruplarla və kollektiv çalışmalardan istifadə;