Tərbiyəvi situasiyalar dedikdə - prosesinin xüsusi olaraq təşkil edilmiş şəraitdə aparılması başa düşülür.
IV Fəaliyyət və davranışın stimullaşdırılması üsulları.
Tərbiyə prosesində stimul dedikdə - müəyyən hərəkətə rəvac verilməsi, sürətləndirilməsi və ya hərəkətin qarşısının alınması, ləngidilməsinə yönəldilən təsir başa düşülür. Rəğbətləndirmə
Əxlaqi hərəkətin, davranışın müsbət qiymətləndirilməsi rəğbətləndirmə adlanır.
Təşəkkür etmə - şifahi və yazılı olmaqla əxlaqi hərəkətin daha ciddi və rəsmi rəğbətləndirilməsidir.
Mükafatlandırma – təşəkkürün maddi bir şeylə ifadəsi olub, tətbiqinə xüsusi olaraq müəyyən edilmiş qaydalarla yanaşılmalı olan rəğbətləndirmə tədbiridir.
Təltif – hərəkət və davranışlarında müsbət mənada sabitlik göstərən şagirdlərə verilən, təhsil haqqında sənədlərdə təsbit olunmuş qaydalara əsasən tətbiq olunan rəğbətləndirmə tədbiridir.