Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə148/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   144   145   146   147   148   149   150   151   ...   242
Tərbiyədə yarış üsuluuşaqlarda özünütəsdiq, rəqabət, üstün olmaq tələbatının cəmiyyətə yararlı istiqamətə yönəldilməsini təmin etmək üsuludur.


V Tərbiyədə nümunənin mövqeyi.

Pedaqoq alimlərdən bəziləri nümunəni şüur və əqidənin formalaşmasına yönələn müstəqil üsul kimi təqdim edirlər.

Bəziləri (Y.R.Talıbov, R.Ş.Mustafayeva və b.) onu - tərbiyənin vasitəsi, bəziləri də (M.Ə.Muradxanov və b.) üsul və vasitələrin təsirini şərtləndirən tərz kimi qələmə verirlər.

Tətbiq edilmə yerinə və xüsusiyyətinə görə eyni üsuldan tərbiyənin vasitəsi kimi də istifadə oluna bilər. Bununla belə nümunə öz-özlüyündə üsul deyildir. Amma tərbiyə işində ondan təqlid üçün örnək, əyani forma, canlı şahid kimi bilavasitə istifadə etdikdə nümunə üsul xarakteri kəsb edir, üsul səviyyəsinə qalxır.

Nümunə tərz və vasitə kimi tərbiyənin bütün üsullarına daxil olur.

Tərbiyə işində nümunənin rolu əzedilməzdir. Nümunə əsasında aparılan tərbiyə bu və ya digər keyfiyyət, hərəkət və davranış qaydası haqqındakı anlayışları konkretləşdirir və nəticədə uşaqda daha canlı təsəvvür yaradır. Uşaq həmin nümunədən ibrət dərsi götürür, ideal hisslərlə yaşayır, müsbət hərəkətlərə, xeyirxah əməllərə meyl edir.

Tərbiyəni nümunələr əsasında aparmağın faydalı olması faktı xalq pedaqogikası materiallarından elmi pedaqogikadan da əvvəl təkrar-təkrar qeyd edilmişdir. Nümunə növləri arasında isə valideyn, dost-tanış və usta - tərbiyəçi nümunəsinə daha geniş yer verilmişdir. Məsələn, Azərbaycan atalar sözlərində deyilir: "Ot kökü üstə bitər", "Qız anadan görməyincə öyüd almaz", "Ana çıxan ağacı qızı budaq-budaq gəzər", "Qız anadan görməyincə öyüd almaz", "Oğul atadan görməyincə süfrə çəkməz", "Mərd oğul ataya çəkər, xas qız – anasına" və s. Bu kəlamlardan görünür ki, xalq müdrikliyi övlad tərbiyəsində hər iki valideynin rolunu (xüsusən qızın tərbiyəsində ananın, oğlanın tərbiyəsində isə atanın rolunu) yüksək qiymətləndirir.
İxtisas: Təhsildə sosial psixoloji xidmət

Kurs: I


Fənn: Pedaqogika

Mövzu: XIX mövzu: MƏKTƏBLİLƏRIN ELMİ DÜNYAGÖRÜŞÜNÜN FORMALAŞMASI

Ədəbiyyat siyahısı:


  1. Nurəddin Kazımov. Məktəb pedaqogikası. Bakı: 2002, 448 səh.

  2. İsmayıl Əliyev Pedaqogika . (Mühazirələr kursu) Naxçıvan 2017, 279 səh

  3. Fərahim Sadıqov. Pedaqogika. Bakı: 2006. 556 səh

  4. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. I cilddə, Bakı: 2012. 706 səh

  5. Firədun İbrahimov, Rüfət Hüseynzadə. Pedaqogika. II cilddə, Bakı: 2012. 548 səh.

  6. Ə.Paşayev, F.Rüstəmov. Pedaqogika (Yeni kurs). Bakı: 2002, 512 səh.

Müəllim: Süleymanov Şəhla e_mail shahla.suleymanova@bk.ru
PLAN

  1. Dünyagörüşünün mahiyyəti və funksiyaları

  2. Təlim-tərbiyə prosesində elmi dünyagörüşünün formalaşması

  3. Dinin dünyagörüşünün mahiyyəti



Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin