I Dünyagörüşünün mahiyyəti və funksiyaları.
Dünyagörüşü – təbiət, cəmiyyət, təfəkkür hadisələrinə dair fəlsəfi, iqtisadi və sosial-siyasi bilik, ideya və əqidələrin ümumiləşmiş sistemidir.
Həyat, təbiət və cəmiyyət haqqında əldə edilən bilik və ideyalar təcrübədə şüurlu sürətdə dönə-dönə istifadə olunub sınaqdan çıxa-çıxa formalaşır, əqidəyə çevrilir və beləliklə, insanın həyata mənəvi münasibəti yaranır.
Elmi dünyagörüşü – insanın dünyaya konkret - tarixi məzmunlu baxışlarının, təbiət və cəmiyyət qanunlarına münasibətdə elmi baxımdan əsaslandırılmış əqidəsinin, fəal həyat mövqeyini müəyyən edən ictimai-siyasi münasibətinin üzvi birliyidir.
Dostları ilə paylaş: |