Qeyri elmi dünyagörüşü – müxtəlif əşya və hadisələrin fövqəltəbii qabiliyyət və mahiyyətə malik olması, fakt və hadisələrin başvermə səbəblərin real, elmi sürətdə əsaslandırmadan inanmaqla formalaşan baxışlar və əqidələr sistemidir.
Baxışlar – insanın, düzgünlüyünə, həqiqiliyinə inandığı ideyalar, biliklər, nəzəri konsepsiyalardır. Onlar təbiət və cəmiyyət hadisələrini aydınlaşdırır, davranış, fəaliyyət və münasibətləri istiqamətləndirməyə xidmət edir.