Təbii-riyazi fənlər - xüsusilə biologiya, riyaziyyat, fizika, kimya fənləri dialektikanın ümumi qanunlarını öyrənmək üçün zəngin material verir. Bu isə şagirdlərin şüurunda inkişaf edən ziddiyyətli aləmin, təbiətin maddi birliyinin, baş verən hadisələrin qarşılıqlı əlaqə və təsirinin, inkişaf qanunlarının universal və xüsusi xarakterdə olmasının geniş mənzərəsini yaradır.
Tarix, insan və cəmiyyət, dövlət və hüququn əsasları kimi ictimai-humanitar fənlərin öyrənilməsi ilə şagirdlər ictimai fakt və hadisələrin konkret təhlili yollarına yiyələnirlər.
Dostları ilə paylaş: |