I Azərbaycan xalq pedaqogikası ağıl haqqında.
Ağıl, onun mahiyyəti, insan həyatında əhəmiyyəti, təzahür formaları, ağılın keyfiyyətləri, ağıl formalaşdırmağın yolları haqda ən kristal məlumata Azərbaycan xalq pedaqogikasında rast gəlinir.
Xalqa görə ağıl insanı zinətləndirən, onu digər canlılardan fərqləndirən, yalnız insana verilən nemətdir. Varidat, məxluqat və həyat haqda ən müqəddəs Kitab olan “Quran”da “ağıl sahiblərindən bəhs edən və onları öyən ayələrin sayı 18; ağıllı davranmağı əmr edən ayələrin sayı 49; elm adamının dəyərindən bəhs edən ayələrin sayı 10; elmin qiymətini anladıb, elmə təşviq edən ayələrin sayı 7; düşünüb ibrət alınması gərəkli hadisələrdən bəhs edən ayələrin sayı 31-dir” (Abdulkadir S. Mənim dinim. Bakı, 1994.səh. 30).
Dostları ilə paylaş: |