Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə157/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   153   154   155   156   157   158   159   160   ...   242
Ən böyük zənginliyi ağılda görən müəllimlər müəllimi Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurub ki, insanın dini onun ağlıdır, ağlı olmayanın dini də yoxdur; adamın ağlı dolğunlaşmadıqca imanı kamil olmur; yetkin insan olmaq üçün dolğun ağıl gərəkdir və s. Buna görə də Peyğəmbər (s.ə.s.) deyib: Ağılla hərəkət etmək, hər iki dünyada işlərin ən üstünüdür”. “Biliyinizi yazı ilə möhkəmləndirin”, “Bir məclisə girəndə bilsən ki, dediyin sözlər orada olanların bəzilərinin zehnini korlayacaq və ağıllarına batmayacaq, o sözü dilinə gətirmə”, “Doğru- düzgün yolu ağıllıdan öyrənin, onun sözünü qulaq ardına verməyin, dediklərinə qarşı çıxmayın, əks təqdirdə peşman olarsınız siz”, “Biliklərə yiyələnmək hər bir müsəlman üçün vacibdir”, “Biliklə az ibadət etmək, biliksiz çox ibadət etməkdən xeyirlidir”, “Bilik əldə etməyə çalışan adam, təhsildən əl çəkmədən dünyadan köçüb gedirsə, şəhid hesab olunur”, “Biliyi kamil adamlardan, şərəf əhlindən soruşun, öyrənin”, “Bilik qazanmaq üçün bir gün çalışmaq, üç ay oruc tutmaqdan xeyirlidir”, “Bilik öyrənmək hər bir möminin vəzifəsidir”, “Biliyi əldə etməyə çalışın, bir-birinizlə bəhsə girin, çünki elm sahəsində eşitdiyiniz hər bir yeni söz yer üzündəki qızıllardan, gümüşlərdən daha qiymətlidir”, “Elmi biliklərə yiyələnmək üçün bir an çalışmaq Allahın yanında oruc tutmaqdan da, Həccə getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstündür”, “Ümmətimin ən xeyirli, ən yaxşı adamları biliklilərdir... bilin ki, bilikli insan qiyamət günü parlayan, nuru aləmə saçan ulduza bənzər”, “Bir an elmlə məşğul olmaq, bir an kitab-yazıya baxmaq, altmış il ibadət etməkdən xeyirlidir”və i.a.

El arasında danışdıqda və Azərbaycan xalq pedaqogikası nümunələrində də ağıllılığa saysız-hesabsız əlamətlər aid edilir: həyatını, güzəranını düzgün qura bilmək, Allaha inanmaq; dinə ehtiyac olduğunu başa düşmək; səhvə yol verməmək; səhv etdikdə peşman olmaq; pis yoldan qayıtmaq; qüsurlarına görə tövbə etmək; yaxşı əməllərlə məşğul olmaq; təmkinli olmaq; çətinlikdən qurtarmağın çəmini (yolunu, qaydasını) bilmək; öz haqq-hesabını bilmək; dərin məlumatlı olmaq; bilik əldə etməyə çalışmaq; huşu başında olmaq; iş, əməl və fikirlərini Allaha xoş gedən şeylərə yönəltmək; zehni (düşüncəni) mənasız mühakimələrdən qorumaq; soruşulmayan şey barəsində danışmamaq; sayıq olmaq; ancaq nail ola biləcəyi məqsədə can atmaq; müdriklərin məsləhətlərinə qulaq asmaq; dəyərsiz adamlardan uzaq olmaq; xeyri olmayan sözləri danışmamaq; özgələrin işinə qarışmaqdan çəkinmək; şərəfsizlikdən qorxmaq; bütün əqidə adamlarını məslək dostlarını eyni mehribanlıqla qarşılamaq - qısası, hər cür işdə kamil olmaq.

Ağıl, onun mahiyyəti, insan həyatının mənalı qurulmasında onun rolu və s. barədə kifayət qədər atalar sözləri mövcuddur. Atalar sözlərində ağılın və ağıllı adamın əlamətlərini xalq bu cür verir.

1   ...   153   154   155   156   157   158   159   160   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin