Dövlətin ən yaxşısı ağıldır.
Ağıl insana sərmayədir.
Ağıllı baş bəlasız olar, doğru yol - qərəzsiz.
Ağıl yaşda deyil, başdadır.
Atalar sözlərində “bilikli adam”la “ağıllı adam” ifadələri nə qədər yaxın olsa da eyni deyildir. Biliklər və onların müəyyən qanunlar əsasında sistemli nəticələrini əks etdirən elm - ağıllı olmağın həm əlaməti, həm zəruri şərti, həm də vasitəsi kimi çıxış edə bilir.
Elm ağılın çırağıdır.
Bilik ağılın aynasıdır.
Bacarıq əqlin nişanəsidir.
Elmin gücü - yıxar bürcü.
Cismin qidası yemək, ruhun qidası - öyrənmək.
Bununla belə, xalq bilirdi ki, təkcə bilik qazanmaq, ağıllı olmaq üçün kifayət deyildir, ağıllı olmaq yaşla da deyildir. «Nə sal ilədir, nə mal ilədir, gülüm, ululuq kamal ilədir».
Atalar sözləri içərisində elələri də vardır kı, birbaşa ağıllı olmağın, ağıl tərbiyəsinin yollarını göstərir.
|