Kurs: I fənn: Pedaqogika



Yüklə 298,36 Kb.
səhifə161/242
tarix10.01.2022
ölçüsü298,36 Kb.
#107538
növüMühazirə
1   ...   157   158   159   160   161   162   163   164   ...   242
Ağılın keyfiyyətləri:

  • hər şeylə maraqlanmaq – bu və ya digər fakt və hadisəni hərtərəfli dərk etmək səyi;

  • ağılın dərinliyi - əsas olanı ikinci dərəcəlidən, zərurini-təsadüfidən seçmək qabiliyyəti;

  • ağılın möhkəmliyi və hərəkiliyi – insanın malik olduğu təcrübədən geniş istifadə edə bilməsi, fakt və hadisələri yeni əlaqə və münasibətlərdə operativ tədqiq edə bilmək;

  • məntiqi təfəkkür – öyrənilən obyektin bütün əhəmiyyətli tərəflərini nəzərə almaqla mülahizələrin ardıcıllığına ciddi əməl etmək;

  • sübutedici təfəkkür – lazım gəldikdə mülahizələrin düzgünlüyünü sübut edə bilmək qabiliyyəti;

  • tənqidi təfəkkür – fikri əməliyyatların nəticələrini saf-çürük etmə qabiliyyəti;

  • ağılın genişliyi – fikri fəaliyyət obyektini hərtərəfli əhatə etmək qabiliyyəti.

Ağılın əlamətləri:

  • hər hansı işi görməzdən əvvəl onun nə ilə nəticələnəcəyini aydın təsəvvür etmək bacarığı;

  • öz nöqsanlarını müəyyənləşdirə bilmək, öz söz və hərəkətlərinə düzgün qiymət verə bilmək;

  • səbirli olmağı bacarmaq;

  • geniş və dərin biliklərə malik olmaq.

III Ağıl tərbiyəsinin mahiyyəti.



Müasir həyatın təhsil qarşısında qoyduğu tələblər təlim prosesinin prioritet məqsədlərində də dəyişikliklər etmişdir. İndi bilik, bacarıq və vərdişlər qazanılması ikinci plana keçmişdir. Məktəb şagird şəxsiyyətinin inkişafını təmin edəcək bütün şəraitin yaradılması üçün məsuldur.

Müasir dövrdə şagird şəxsiyyətinin inkişafı dedikdə - idraki tələbat və maraqlar, emosional inkişaf, milli dəyərlərə sahibçıxmada inkişaf, əqli qabiliyyətlərin inkişafı və s. başa düşülür.

Bu sahədə işin aydın dərk edilməsindən ötrü “əqli inkişaf”, “əqli tərbiyə” anlayışları, inkişafetdirici təlimin məzmunu və vəzifələri izah olunmalıdır.

Uzun müddət elmdə belə bir ideya hakim olmuşdur ki, uşağın inkişafı spontan xarakterlidir və daxili ziddiyyətlərə əsaslanır. Amma sonrakı tədqiqatlar sübut etdi ki, düzgün qurulmuş pedaqoji təsir nəticəsində uşaqların daha intensiv əqli inkişafına nail olmaq mümkündür.

Ağıl tərbiyəsi - xüsusi tərbiyəvi təsirlər nəticəsində uşaqların əqli qabiliyyətləri və təfəkkürünün inkişafı prosesidir.

Ağıl tərbiyəsi – uşaqların öz potensial şüur imkanlarından istifadə qabiliyyətlərinə yiyələndirilməsinə yönəldilmiş məqsədyönlü təsirlər prosesidir.

Ağıl tərbiyəsinin əsas istiqamətləri bunlardır:

  • təfəkkürün müxtəlif növlərinin inkişafı;

  • şagirdlərin əqli qabiliyyətlərinin inkişafı;

  • uşaqların intellektual bacarıqlara yiyələnməsi.


Yüklə 298,36 Kb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   242




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin